Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.
Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ad gününü Bakıda qeyd edib.
Bizim.Media xəbər verir ki, Türk Dövlətlər Təşkilatının Bakıda keçirilən iclasında iştirak edən Yılmaz daha sonra Azərbaycan media nümayəndələrinə açıqlama verib.
Azərbaycanlı jurnalistlər Cevdet Yılmaza ad günü sürprizi ediblər. Yılmaz ona doğum günü tortu təqdim edən jurnalistlərə təşəkkür edib, onlarla xatirə fotosu çəkdirib.

Bizim.Media