İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncam ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə imzalanıb.
 

Sərəncama əsasən, Nazirlər Kabineti "Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Dövlət Proqramının "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının 1.1-ci bəndində nəzərdə tutulan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsində əhatə olunmasını təmin etməli, dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınmasını, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizminin müəyyən olunmasını təmin etməlidir.


Bundan başqa, hökumət Dövlət Proqramında "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün "xammal-emal-son məhsul" dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin nəzərdə tutulmasını təmin etməlidir:

1. elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 tona çatdırılması;

2. alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 tona çatdırılması.

Eyni zamanda Nazirlər Kabineti Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisinin həyata keçirilməsini təmin etməli, metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın ödənilməsi ilə bağlı tədbirlər görməli, bu Sərəncamın 1.4-cü bəndində nəzərdə tutulan layihələrin, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırma nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidir.

Hökumət bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin:

1. aktivlərinin "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsini təmin etməlidir;

2. kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və "Azərbaycan Alüminiumu" Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi ilə bağlı zəruri tədbirlər görməlidir;

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılmış, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilmişdir. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilmiş, müasir emal infrastrukturu qurulmuşdur.
 

Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirmişdir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.


Eyni zamanda, mövcud mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət−özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsi zəruridir.

Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Zamiqin Antalyadan FOTOları yayıldı

Zamiqin Antalyadan FOTOları yayıldı

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

AFFA "Kəpəz"i cərimələdi

AFFA "Kəpəz"i cərimələdi

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

Lökbatan–Güzdək yolunda körpü uçdu - VİDEO

Lökbatan–Güzdək yolunda körpü uçdu - VİDEO

Masallıda ailə FACİƏSİ - Baba və nəvəsi yanaraq həlak oldular – FOTO

Masallıda ailə FACİƏSİ - Baba və nəvəsi yanaraq həlak oldular – FOTO

Bu oyunları izləmək üçün gecələr yatmayacağıq

Bu oyunları izləmək üçün gecələr yatmayacağıq

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bu məktəbdə tədris DAYANDIRILDI

Bu məktəbdə tədris DAYANDIRILDI

Bu il uşaqlara daha çox hansı adlar verilib? – Statistika

Bu il uşaqlara daha çox hansı adlar verilib? – Statistika

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

End of content

No more pages to load

RADİO