Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.
 

Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil almış, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.


Rasim Balayev 1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədri seçilmişdir.

“Azərbaycanfilm” kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapmışdır.

Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır.

Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir.

Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzində dayanmışdır.

Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.

Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda da ekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirmişdir.

Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilmişdir. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Fəxrəddin Manafov

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Hər gün bu meyvələrdən yeyilməlidir

Hər gün bu meyvələrdən yeyilməlidir

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO

Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO

Ucarda ağır QƏZA: Xəsarət alan var

Ucarda ağır QƏZA: Xəsarət alan var

Rasim Balayev dəfn olundu – VİDEO

Rasim Balayev dəfn olundu – VİDEO

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

"Çox evlənəndə belə olur"

"Çox evlənəndə belə olur"

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

End of content

No more pages to load

RADİO