Macarıstanın dəvəti ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində Budapeştdə uğurlu görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabına paylaşım edib.
Qeyd edilib ki, görüş zamanı TDT-nin Qəbələ Sammitinin nəticələri nəzərdən keçirilib:
“Azərbaycanın sədrlik prioritetlərinə istinad edilərək, mövcud qlobal çağırışlar kontekstində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyevin TDT-nin əvvəlki sammitlərində vurğuladığı kimi, Türk dünyası – gənc demoqrafiyası, zəngin təbii sərvətləri, enerji potensialı və əsas nəqliyyat marşrutları da daxil olmaqla strateji geosiyasi mövqeyi sayəsində – Avrasiya qitəsində mühüm yer tutur və TDT mühüm geosiyasi mərkəzə çevrilmişdir".


Bizim.Media