Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serbiyanın “NİN” (Həftəlik informasiya qəzeti - Nedelnje informativne novine) həftəlik ictimai-siyasi nəşri Ağdam şəhəri barədə geniş reportaj yayımlayıb. Nəşrin Azərbaycana səfər etmiş əməkdaşı Sara Nikoliç tərəfindən hazırlanmış reportajda uzun illər müharibə nəticəsində dağıdılmış bu şəhərin keçmişi və bərpa prosesi barədə geniş məlumat verilib, yerli sakinlərin həyatından bəhs olunub.

Bizim.Media xəbər verir ki, reportajın əvvəlində oxuculara Ağdam haqqında ətraflı məlumat verilir.
 

Qeyd edilir ki, 1989-cu il siyahıyaalmasında 131 min 293 sakini olan bu rayonun mərkəzi Ağdam şəhəri 1993-cü ildə işğal edilib və demək olar ki, tamamilə dağıdılıb və şəhər 30 ilə yaxın müddətdə tərk edilmiş vəziyyətdə qalıb. Sakinlər müharibədən sonra geri qayıtdıqda yalnız xarabalıqlarla qarşılaşıblar. Buna baxmayaraq, onlar bu dağıntıları belə öz doğma yurdları kimi qəbul edirlər.


Müəllif yazısında Ağdamın tarixinə də nəzər salır və qeyd edir ki, bir vaxtlar regionun mühüm ticarət mərkəzlərindən biri sayılan Ağdam şəhəri ağ daşdan tikilmiş evləri ilə tanınıb. Hazırda isə şəhərin mərkəzindən yalnız dram teatrının, poçt binasının və köhnə hotelin qalıqları qalıb, digər bütün tikililər tamamilə dağıdılıb. Yerlə-yeksan edildiyinə görə də Ağdam tez-tez “Qafqazın Xirosiması” və ya “ruhlar şəhəri” adlandırılır.

Reportajda vurğulanır ki, Ağdam məscidi işğal dövründə ciddi zərər görsə də, sonradan bərpa olunaraq şəhərin nadir memarlıq abidələrindən birinə çevrilib.

Müəllif həmçinin mina təhlükəsinə də diqqət çəkir və bunun bərpa prosesinə əsas maneələrdən biri olduğunu vurğulayır. Bildirilir ki, ərazilərdə yüz minlərlə mina və partlayıcı qalıqlar mövcuddur və onların zərərsizləşdirilməsi üzrə genişmiqyaslı işlər artıq bir neçə ildir davam edir.
 

Nəşr sakinlərin xatirələrinə də yer ayıraraq bildirir ki, müharibə nəticəsində insanlar doğma yurdlarını tərk etməyə məcbur olub, uzun illər müxtəlif bölgələrdə məskunlaşıblar. Bütün işğal dövrü ərzində onların ən böyük arzusu doğma evlərinə qayıtmaq və həyatlarını yenidən qurmaq olub. Həmçinin qeyd olunur ki, işğal dövründə şəhərdə qəbiristanlıqlar və mədəni irs obyektləri də dağıdılıb, yüzlərlə tarixi və mədəni abidə məhv edilib.


“NİN” nəşri yazır ki, Azərbaycan hökuməti Ağdamın yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Belə ki, gələcəkdə Ağdamın Qarabağ regionunun ən böyük şəhərlərindən birinə çevrilməsi və əhalisinin təxminən 100 min nəfərə çatdırılması planlaşdırılır. Yeni Ağdamda geniş prospektlər, inzibati binalar, məktəblər, xəstəxanalar, idman kompleksləri və sənaye zonası yaradılması nəzərdə tutulur. Həmçinin Ağdam Sənaye Parkının fəaliyyət göstərdiyi və yerli əhali üçün iş yerləri yaratdığı qeyd olunur.

Şəhərdə yeni yaradılan “İmarət” tarix-memarlıq muzey kompleksi isə Ağdamın və ümumilikdə Qarabağın tarixini əks etdirən mühüm mədəni obyekt kimi təqdim olunur. Burada Qarabağ xanlığı dövründən indiyədək müxtəlif tarixi dövrlərə aid eksponatlar, eləcə də müharibələrin nəticələrini əks etdirən materiallar nümayiş etdirilir.

Yekunda qeyd edilir ki, hazırda Ağdama qayıdan ailələrin sayı hələlik azdır və bu proses əsasən infrastrukturun inkişafı və mina təmizləmə işlərinin sürətindən asılıdır. Bununla yanaşı, öz torpaqlarına geri dönən insanların üzündən xoşbəxtlik oxunur və burada həyat yenidən öz axarına dönmək üzrədir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu markalı neft 154 dollara SATILIR

Bu markalı neft 154 dollara SATILIR

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yuxu gəlirsə, bunları edin

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO