Koreya XİN Azərbaycana təşəkkür etdi – FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

Görüş zamanı, Azərbaycan ilə Koreya Respublikası arasında siyasi, iqtisadi, ticarət, təhsil, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın, eləcə də Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin vacibliyi qeyd olunub. 2027-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin qeyd olunacağı məmnunluqla diqqətə çatdırılıb.
 

Ölkəmizin bölgədə həyata keçirdiyi genişmiqyaslı enerji və nəqliyyat layihələri, alternativ enerjinin ixracı planlarından bəhs olunub, bu və digər istiqamətlərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı, o cümlədən C6 formatı çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Regionlararası əlaqələrin inkişafı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinin önəmi qeyd olunub.


Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfi məlumatlandırıb.

Tərəflər, eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Koreya tərəfi vətəndaşlarının ölkəmizin ərazisindən keçməklə İrandan təxliyəsinə göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu ərazisində "cib" tipli zolaqlar salınacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu ərazisində "cib" tipli zolaqlar salınacaq

"Qızıma görə bunu da qurban verərəm" – VİDEO

"Qızıma görə bunu da qurban verərəm" – VİDEO

“Turan Tovuz”un legioneri Qazaxıstan klubuna KEÇƏ BİLƏR

“Turan Tovuz”un legioneri Qazaxıstan klubuna KEÇƏ BİLƏR

“Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, amma biz bunu havayı etdik”

“Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, amma biz bunu havayı etdik”

Şəmkirdə dəhşət: 50 yaşlı kişi qonşusunun boynunu qırdı - TƏFƏRRÜAT

Şəmkirdə dəhşət: 50 yaşlı kişi qonşusunun boynunu qırdı - TƏFƏRRÜAT

Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?

Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?

Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçildi

Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçildi

Ceyhun Bayramovla polşalı həmkarı arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ceyhun Bayramovla polşalı həmkarı arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Rəşad Nəbiyevin müavinlərinin sayı ARTIRILDI - FƏRMAN

Rəşad Nəbiyevin müavinlərinin sayı ARTIRILDI - FƏRMAN

Azərbaycanın 2026-cı il üçün idman səfirləri seçildi

Azərbaycanın 2026-cı il üçün idman səfirləri seçildi

Trampın qərarı Rusiya iqtisadiyyatını necə dirçəltdi? – Anton Bredixindən ÖZƏL AÇIQLAMA

Trampın qərarı Rusiya iqtisadiyyatını necə dirçəltdi? – Anton Bredixindən ÖZƏL AÇIQLAMA

Ağdərəyə növbəti köç: Daha 41 ailə doğma yurduna qovuşdu - FOTO

Ağdərəyə növbəti köç: Daha 41 ailə doğma yurduna qovuşdu - FOTO

Astarada qayınanasının qətlində təqsirləndirilən qadına HÖKM OXUNDU

Astarada qayınanasının qətlində təqsirləndirilən qadına HÖKM OXUNDU

Anaları doğuş zamanı həyatını itirən əkiz körpələrin SON DURUMU

Anaları doğuş zamanı həyatını itirən əkiz körpələrin SON DURUMU

Qaynı arvadının ölümünə səbəb olan həkimdən yeni XƏBƏR VAR

Qaynı arvadının ölümünə səbəb olan həkimdən yeni XƏBƏR VAR

Nərimanovda 36 ayadək faizsiz, daxili kredit və geniş seçim imkanı ilə premium mənzilini seç - "Kristal!"

Nərimanovda 36 ayadək faizsiz, daxili kredit və geniş seçim imkanı ilə premium mənzilini seç - "Kristal!"

Əli Laricaninin ölümü İran üçün nəyi dəyişir?

Əli Laricaninin ölümü İran üçün nəyi dəyişir?

Cəlilabadda AĞIR QƏZA – Ölən var – FOTO

Cəlilabadda AĞIR QƏZA – Ölən var – FOTO

Biləcəri sakinlərinin NƏZƏRİNƏ

Biləcəri sakinlərinin NƏZƏRİNƏ

Qazaxıstanda 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı - VİDEO

Qazaxıstanda 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı - VİDEO

Dəmir yolundan istifadə edən sərnişinlərin sığortalanması xəbərinə ADY-dən REAKSİYA

Dəmir yolundan istifadə edən sərnişinlərin sığortalanması xəbərinə ADY-dən REAKSİYA

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Aİ Ermənistana niyə daha bir missiya göndərir?

Aİ Ermənistana niyə daha bir missiya göndərir?

Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

End of content

No more pages to load

RADİO