Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsində fasilə yaranacağı barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin "X" (keçmiş "Twitter") hesabında məlumat paylaşılıb.
Məlumata görə, Azərbaycanın Çexiyadakı səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq. Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.

Bizim.Media