Bakıda Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti keçirildi - FOTO

Martın 15-də işini davam etdirən XIII Qlobal Bakı Forumu çərçivəsində “Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti” keçirilib.

Bizim.Media xəbər verir ki, “Enerji və infrastruktur sahəsində tərəfdaşlıq naminə dəhlizlərin genişləndirilməsi” mövzusunda təşkil olunan panel müzakirəsində Litvanın sabiq Prezidenti Vaira Vike-Freiberqa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır, Haitinin keçmiş Baş naziri Cozef Contue, Sülhü əks etmə qrupunun həmsədri, Beynəlxalq və Avropa Məsələləri İnstitutunun üzvü Frank Odannell (İrlandiya), Dünya İncəsənət və Elm Akademiyasının Baş katibi Conani Ramanatxan və başqaları çıxış ediblər.

Qeyd olunub ki, son 10 ildə dünyada böyük transformasiyalar baş verib, iqlim dəyişmələri, qlobal və regional xarakterli silahlı münaqişələr dünya düzənini pozub.

Qlobal Cənubla yanaşı, Qlobal Şimalda da insanların təhlükəsiz yaşaması problemə çevrilib.

Müasir texnologiyaların sürətli inkişafı bir tərəfdən cəmiyyətin sosial-iqtisadi inkişafına təkan verirsə, digər tərəfdən müharibələr üçün alətə çevrilir.
 

Bütün bunlara görə də bu gün dünya liderləri birləşib sistemli problemlərin həlli yollarını tapmalı, sülh və təhlükəsizliyin təmin olunması üçün ciddi səylər göstərməlidirlər. Bu birliyi yaratmaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da genişləndirilməlidir.


Müzakirələrdə enerji sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Məsələ ətrafında Ekvadorun keçmiş xarici işlər naziri, BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa, Ərəb Liqasının keçmiş Baş katibi Əmr Musa, İsveçrə Beynəlxalq Əlaqələr İnstitutunun vitse-prezidenti David Sikvaidze, Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeselaşvili və başqaları çıxış ediblər.

Diqqətə çatdırılıb ki, iqlim dəyişmələrinin qarşısını almaq üçün karbon emissiyasını azaltmaq və atmosferə digər zəhərli qazların tullantısını dayandırmaq olduqca vacib məsələdir.

Buna nail olmaq üçün alternativ enerji mənbələrindən enerji istehsalını artırmaq, bu sahəyə sərmayə yatırımını təşviq etmək zəruridir.

Azərbaycan bu gün qlobal xarakterli layihələr həyata keçirməkdədir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayaraq 16 ölkəyə təbii qaz ixrac edir. Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirərək, Mərkəzi Asiya ölkələrində istehsal olunan alternativ enerjini “Köhnə qitə”yə tranzit olaraq ötürməyə hazırlaşır. Xəzər dənizi ilə Qara dənizi birləşdirəcək enerji dəhlizi qlobal enerji təminatına verilən böyük töhfədir.

Digər panellərdə Yaxın Şərqdə baş verən müharibə və onun həlli yolları, müasir şəhərsalma metodları, informasiya texnologiyalarının inkişafı və süni intellektin cəmiyyətin həyatına təsiri və bir sıra başqa aktual məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Endirilən zərbələrin 40 faizi Tehranın payına düşüb

Endirilən zərbələrin 40 faizi Tehranın payına düşüb

4 nəfər buraxılış imtahanından xaric edildi - Telefon aşkarlanıb

4 nəfər buraxılış imtahanından xaric edildi - Telefon aşkarlanıb

Stiven Spilberq: “Filmlərin çəkilişində heç vaxt süni intellektdən istifadə etməmişəm”

Stiven Spilberq: “Filmlərin çəkilişində heç vaxt süni intellektdən istifadə etməmişəm”

ABŞ-ın Bağdaddakı “Victoria” bazasına zərbə endirildi

ABŞ-ın Bağdaddakı “Victoria” bazasına zərbə endirildi

Azərbaycanda 60 mindən çox şagird buraxılış imtahanı verdi: Nəticələr nə vaxt AÇIQLANACAQ?

Azərbaycanda 60 mindən çox şagird buraxılış imtahanı verdi: Nəticələr nə vaxt AÇIQLANACAQ?

İran münaqişəsi Tramp komandasını ikiyə böldü - Bild

İran münaqişəsi Tramp komandasını ikiyə böldü - Bild

“Çelsi” öz meydanında məğlub oldu - VİDEO

“Çelsi” öz meydanında məğlub oldu - VİDEO

Xameneini öldürən israilli kəşfiyyatçı ilə bağlı yeni İDDİA

Xameneini öldürən israilli kəşfiyyatçı ilə bağlı yeni İDDİA

Nazarbayev: “Mən seçimimi Tokayevin xeyrinə etmişəm”

Nazarbayev: “Mən seçimimi Tokayevin xeyrinə etmişəm”

İrana quru müdaxiləsi fəlakətli səhv ola bilər - EKSPERTLƏR

İrana quru müdaxiləsi fəlakətli səhv ola bilər - EKSPERTLƏR

Avstraliyada sığınacaq alan daha 3 iranlı futbolçu vətənə qayıdacaq

Avstraliyada sığınacaq alan daha 3 iranlı futbolçu vətənə qayıdacaq

Zelenski: “Rusiyanın hücumu iflasa uğrayıb”

Zelenski: “Rusiyanın hücumu iflasa uğrayıb”

Tovuzda körpə qızını atıb gedən ananın KİMLİYİ AÇIQLANDI

Tovuzda körpə qızını atıb gedən ananın KİMLİYİ AÇIQLANDI

İsrail İrana qarşı genişmiqyaslı zərbələrə başladı - VİDEO

İsrail İrana qarşı genişmiqyaslı zərbələrə başladı - VİDEO

"Formula-1" üzrə Çin Qran-prisinin qalibi BƏLLİ OLDU

"Formula-1" üzrə Çin Qran-prisinin qalibi BƏLLİ OLDU

Gümüş medal qazanan güləşçi: Rusiyalı idmançıdan revanş alacağam

Gümüş medal qazanan güləşçi: Rusiyalı idmançıdan revanş alacağam

Tokayev: “Ölkəmizdə Prezident seçkiləri 2029-cu ildə keçiriləcək”

Tokayev: “Ölkəmizdə Prezident seçkiləri 2029-cu ildə keçiriləcək”

Əraqçi: “Xameneinin səhhəti yaxşıdır, İranda parçalanma yoxdur”

Əraqçi: “Xameneinin səhhəti yaxşıdır, İranda parçalanma yoxdur”

Lənkəranda yaşayış evlərini talayan şəxs TUTULDU - FOTO

Lənkəranda yaşayış evlərini talayan şəxs TUTULDU - FOTO

İsveçrə ABŞ-a “yox” dedi - Hərbi təyyarələri üçün hava məkanını bağladı

İsveçrə ABŞ-a “yox” dedi - Hərbi təyyarələri üçün hava məkanını bağladı

“Qalatasaray” “Başakşehir”i məğlub etdi - VİDEO

“Qalatasaray” “Başakşehir”i məğlub etdi - VİDEO

Bakıda Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti keçirildi - FOTO

Bakıda Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti keçirildi - FOTO

Sabahın HAVASI: Güclü külək əsəcək, yağış yağacaq

Sabahın HAVASI: Güclü külək əsəcək, yağış yağacaq

Təyyarələrdə çay və su istədikdə 2 dəfə düşünün – Dəhşətli araşdırma

Təyyarələrdə çay və su istədikdə 2 dəfə düşünün – Dəhşətli araşdırma

End of content

No more pages to load

RADİO