AHİK nümayəndə heyəti Cenevrədə BƏT rəsmiləri ilə görüşlər keçirib – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyəti üzrə bürosunun (ACTRAV) yeni təyin olunmuş direktoru Oliver Röpke və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Emanuele Julien ilə görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, görüşlər zamanı Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə əmək hüquqlarının müdafiəsinin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu deyib, həmkarlar ittifaqlarının bu istiqamətdə fəaliyyətindən bəhs edib.
 

AHİK ilə BƏT arasında formalaşmış qarşılıqlı faydalı əməkdaşlıqdan, bu əməkdaşlığın praktik və nəticəyönümlü xarakter daşıdığından söz açan Konfederasiya sədri BƏT-in işçi hüquqları ilə bağlı 10-u fundamental olmaqla 60 konvensiyasının Azərbaycan tərəfindən ratifikasiya edildiyini diqqətə çatdırıb.


Qeyd olunub ki, cari ilin fevral ayında Azərbaycanda BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi ölkəmizdə beynəlxalq əmək standartlarına verilən diqqətin bariz nümunəsidir.

Vurğulanıb ki, konvensiyadan irəli gələn öhdəliklərin icrası istehsalat xəsarətlərinin azalmasına və insan kapitalının qorunmasına mühüm töhfə verəcək.

Görüşlərdə həmçinin “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasından, BƏT ACTRAV-la əməkdaşlığın genişləndirilməsindən danışılıb, Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.
 

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın səviyyəsindən məmnunluqlarını ifadə edib, əməyin mühafizəsi, layiqli əmək şəraitinin yaradılması, ittifaq üzvlərinin maarifləndirilməsi və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd ediblər.


Həmçinin Azərbaycanda həyata keçirilən sosial siyasət, əmək münasibətlərinin tənzimlənməsi mexanizmləri və sosial tərəfdaşlığın inkişafı yüksək qiymətləndirilib, həmkarlar ittifaqları sistemində aparılan islahatlar müsbət dəyərləndirilib.

Görüşlərdə əməkdaşlığın perspektivləri də müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şarl Mişel: “Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib”

Şarl Mişel: “Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib”

Uşaqlara sosial şəbəkələrdən istifadə MƏHDUDİYYƏTİ – Neçə yaşdan tətbiq oluna bilər? – Bəhruz Əliyevlə MÜSAHİBƏ

Uşaqlara sosial şəbəkələrdən istifadə MƏHDUDİYYƏTİ – Neçə yaşdan tətbiq oluna bilər? – Bəhruz Əliyevlə MÜSAHİBƏ

“Şəfa” klubunda YENİ TƏYİNAT

“Şəfa” klubunda YENİ TƏYİNAT

Sabiq Prezident: Hər şey güclə həll ediləcəksə, bu, tənəzzüllə nəticələnəcək

Sabiq Prezident: Hər şey güclə həll ediləcəksə, bu, tənəzzüllə nəticələnəcək

Ötən il nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub – RƏSMİ

Ötən il nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub – RƏSMİ

Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

İranın yeni liderindən qonşu ölkələrə XƏBƏRDARLIQ

İranın yeni liderindən qonşu ölkələrə XƏBƏRDARLIQ

7 gün 30 növ tərəvəz yeyin – XEYRİNİ GÖRƏCƏKSİNİZ

7 gün 30 növ tərəvəz yeyin – XEYRİNİ GÖRƏCƏKSİNİZ

Bacılardan Kəmaləyə: “Oğlunun sənin kimi “tərbiyə” verən anası var” – FOTO

Bacılardan Kəmaləyə: “Oğlunun sənin kimi “tərbiyə” verən anası var” – FOTO

Müctəba Xameneidən xalqa İLK MÜRACİƏT

Müctəba Xameneidən xalqa İLK MÜRACİƏT

İrəvan Moskvanın hiyləgər planına “yox” DEDİ – DETALLAR

İrəvan Moskvanın hiyləgər planına “yox” DEDİ – DETALLAR

“Sovxoz Ramana”da gölü qurudanlar HƏBS OLUNDU - VİDEO

“Sovxoz Ramana”da gölü qurudanlar HƏBS OLUNDU - VİDEO

Həcc ziyarətinə hazırlaşanların NƏZƏRİNƏ – QMİ-dən mühüm AÇIQLAMA

Həcc ziyarətinə hazırlaşanların NƏZƏRİNƏ – QMİ-dən mühüm AÇIQLAMA

108 nəfər Azərbaycandan çıxarılacaq – QƏRAR VERİLDİ

108 nəfər Azərbaycandan çıxarılacaq – QƏRAR VERİLDİ

Ötən il Azərbaycanda neçə ton bal istehsal olunub?

Ötən il Azərbaycanda neçə ton bal istehsal olunub?

Məktəbli atasını onu danladığı üçün güllələyibmiş... – Gəncədəki qətlin TƏFƏRRÜATI

Məktəbli atasını onu danladığı üçün güllələyibmiş... – Gəncədəki qətlin TƏFƏRRÜATI

Tarkanın Dubay və Əbu-Dabi konsertləri ləğv olunacaq?

Tarkanın Dubay və Əbu-Dabi konsertləri ləğv olunacaq?

Nazim İbrahimovun 10 nəfərin ölümünə səbəb olan qardaşı AMNİSTİYAYA DÜŞDÜ

Nazim İbrahimovun 10 nəfərin ölümünə səbəb olan qardaşı AMNİSTİYAYA DÜŞDÜ

Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi – FOTO/VİDEO

Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi – FOTO/VİDEO

İrandan gətirilən portağallarda rəngləyici maddə AŞKARLANDI

İrandan gətirilən portağallarda rəngləyici maddə AŞKARLANDI

Kişilər ilkin hərbi qeydiyyata belə alınacaq - Baş nazir təsdiqlədi

Kişilər ilkin hərbi qeydiyyata belə alınacaq - Baş nazir təsdiqlədi

Ərdoğan Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatı təqdim edəcək

Ərdoğan Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatı təqdim edəcək

Avropa ölkələrindən ötən ay 41 azərbaycanlı çıxarılıb – RƏSMİ

Avropa ölkələrindən ötən ay 41 azərbaycanlı çıxarılıb – RƏSMİ

SON DƏQİQƏ: Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı

SON DƏQİQƏ: Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı

End of content

No more pages to load

RADİO