Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

"Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi".
 

MÖVZU İLƏ BAĞLI: 

İlham Əliyev XIII Qlobal Bakı Forumunun AÇILIŞ MƏRASİMİNDƏ - FOTO


Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Bu gün dünyada baş verənlərə baxdıqda – yeni gərginlik ocaqlarının yaranması və davam edən uzunmüddətli münaqişələr – bunların beynəlxalq münasibətlər sisteminə ciddi təhlükə yaratdığını görürük. Bu, həm də beynəlxalq hüquq üçün təhlükədir. Çünki beynəlxalq hüquq və qaydalar pozulduqda, dövlətlərin ərazi bütövlüyü tapdalandıqda və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmadıqda, dünya nizamı sarsılır.

İşğala məruz qalmış, etnik təmizləmə və soyqırımı yaşamış, lakin sonradan öz suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc yolu ilə bərpa etmiş və daha sonra məğlub olmuş düşmənə sülh təklif etmiş bir ölkənin təcrübəsi, məncə, beynəlxalq ictimaiyyətlə bölüşülə biləcək mühüm təcrübədir.

Mən dəfələrlə qeyd etmişəm ki, biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq. Yeddi ay əvvəl sülh sazişi paraflanıb və birgə bəyannamə qəbul olunub. Eyni zamanda, biz real sülh şəraitində yaşayırıq. Sərhəddə vəziyyət sakitdir, artıq atışmalar yoxdur, qurbanlar və itkilər yoxdur.
 

Biz müxtəlif istiqamətlərdən Ermənistana malların daşınmasına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmışıq. Hətta Ermənistanla ticarətə başlamışıq. Onlar üçün həyati əhəmiyyət daşıyan neft məhsullarını ixrac etməyə başlamışıq və bununla da uzunmüddətli deyil, əbədi sülhə sadiq olduğumuzu nümayiş etdiririk. Bu, bizim strategiyamız və siyasətimizdir.


Bu, həm də bir daha göstərir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki etdiklərimiz beynəlxalq hüquqa tam uyğun idi. Biz sülhə nail olmaq üçün gücdən istifadə etdik və bu gün bunu praktikada nümayiş etdiririk.

Bəzən belə addımlar atmaq lazım olur. Xüsusilə də haqlı olduğunuzdan tam əmin olanda, sizə qarşı çıxanları, maraqlarınıza zərər vermək istəyənləri nəzərə almamalısınız. Həmçinin müharibə şəraitində olan ölkələrlə bölüşə biləcəyimiz bir mühüm təcrübə də var. Biz Ermənistanla sülhə nail olarkən israr etdik ki, vasitəçilər olmasın.
 

ATƏT-in Minsk qrupunun 28 il davam edən vasitəçiliyi faktiki olaraq uğursuzluq idi. Həmsədrlərin məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq və hər iki ölkəyə təsir rıçağı kimi istifadə etmək idi. Buna görə də qərara gəldik ki, bu “vasitəçilikdən” imtina etməliyik.


Bu, sadəcə nəzəriyyə deyil, real təcrübədir. Biz bunu yaşamışıq və bu gün də nəticələrini görürük. Buna görə də düşünürəm ki, mövcud münaqişələrin həlli yolları axtarılarkən bu təcrübə mütləq nəzərə alınacaq”, - dövlət başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Gədəbəy kartofu” adı ilə satılsa da, bu ölkələrdən gətirilir... – DETALLAR

“Gədəbəy kartofu” adı ilə satılsa da, bu ölkələrdən gətirilir... – DETALLAR

Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönəlib – BMT rəsmisi

Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönəlib – BMT rəsmisi

Arvadını öldürdü, qalıqlarını 10 ildən çox anbarda gizlətdi

Arvadını öldürdü, qalıqlarını 10 ildən çox anbarda gizlətdi

Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi – FOTO

Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi – FOTO

Sosial şəbəkələrdə alış-verişlə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə alış-verişlə bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-ə yaxın ARTIRIB

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-ə yaxın ARTIRIB

SON DƏQİQƏ! Müctəba Xameneinin yaralandığı TƏSDİQLƏNDİ – RƏSMİ

SON DƏQİQƏ! Müctəba Xameneinin yaralandığı TƏSDİQLƏNDİ – RƏSMİ

Kreditlərlə bağlı MÜHÜM YENİLİK olacaq

Kreditlərlə bağlı MÜHÜM YENİLİK olacaq

Müavinət alanların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

Müavinət alanların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

İlham Əliyev: “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər”

İlham Əliyev: “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər”

Bu gecə ehtimal edilən 3-cü Qədr gecəsidir

Bu gecə ehtimal edilən 3-cü Qədr gecəsidir

“Qarabağ”dan Braziliya klubuna RƏSMİ TƏKLİF

“Qarabağ”dan Braziliya klubuna RƏSMİ TƏKLİF

Prezident: "Azərbaycan bu göstəricidə dünyada bir nömrəli ölkədir"

Prezident: "Azərbaycan bu göstəricidə dünyada bir nömrəli ölkədir"

"Ölmədik, bu günü də gördük"

"Ölmədik, bu günü də gördük"

Dövlət başçısından neft qiymətlərindəki artımla bağlı AÇIQLAMA

Dövlət başçısından neft qiymətlərindəki artımla bağlı AÇIQLAMA

Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR

Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Tramp: “ABŞ İrana qalib gəlib” – VİDEO

Tramp: “ABŞ İrana qalib gəlib” – VİDEO

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

End of content

No more pages to load

RADİO