XIII Qlobal Bakı Forumu fəaliyyətə başlayır, Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxış edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.
O qeyd edib ki, forum bugünkü dünya üçün olduqca aktual bir mövzuya həsr olunub və bu, beynəlxalq sistemin dərin transformasiyalar keçirdiyi bir dövrə təsadüf edir.
"Dünyanın bir çox yerlərində uçuşların ləğv edildiyi və səyahət xəbərdarlıqlarının artdığı bir vaxtda belə beynəlxalq konfransda təxminən 400 iştirakçının bir araya gətirilməsi əhəmiyyətli səylər və koordinasiya tələb edir. Bu tədbirin uğurla təşkil olunması və dialoq və müzakirə üçün platforma yaradılması çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir. Bu tədbir eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycana regionun diplomatik mərkəzlərindən biri kimi göstərdiyi etimadı da əks etdirir", - Hikmət Hacıyev vurğulayıb.
The XIII Global Baku Forum is launching under the theme “Bridging Divides in a World in Transition.” The President of the Republic of Azerbaijan, Ilham Aliyev, will deliver the opening address.
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 12, 2026
The Forum is dedicated to a highly relevant topic for today’s world, at a time when… pic.twitter.com/64LcHUlwgr
Bizim.Media