Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb, hərbi eskalasiya fonunda son hadisələrin yaratdığı risklər və onların regional sabitliyə təsirləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi qeyd edilərək, gərginliyin azaldılması və dialoq mühitinin təşviqi istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.

Qarşıdurma zamanı qonşu ölkələrə qarşı hücumların və suveren dövlətlərin ərazi bütövlüyünə yönəlmiş hər hansı addımların qəbuledilməz olduğu xüsusi vurğulanıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib, bu çərçivədə iki ölkə arasında qarşılıqlı məsləhətləşmələrin və regional məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti müğənniyə mahnısını oxumağa İCAZƏ VERMƏDİ - VİDEO

Ailə 18 yaşlı iflic övladı üçün niyə müavinət ala bilmir? - VİDEO

Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq

BƏƏ-də helikopter qəzaya uğradı - 2 hərbçi həlak oldu

Qətərdə saxta məlumat yayan 313 nəfər həbs edildi

Ərdoğandan İrana çağırış: “Qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır” - VİDEO

Pezeşkiandan yeni ali rəhbər barədə paylaşım - FOTO

İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ: "ABŞ və İsraili dəstəkləyənlərin əmlakları müsadirə ediləcək"

İran qonşularını raketlərlə təhdid edir - Rubiodan SƏRT REAKSİYA

Britaniyalı siyasətçi Trampın həbsini tələb etdi - FOTO

Almaniyada meteorit yaşayış evinin damını deşdi - VİDEO

İran XİN-dən müəmmalı açıqlama: Xatəmi ilə bağlı mesaj diqqət çəkdi

İrandan Azərbaycana təxliyə olunanların sayı 2 mini keçdi - FOTO

İlham Əliyevdən Ərdoğana TELEFON ZƏNGİ - Türkiyəyə raket hücumunu qınadı

SEPAH İran Kürdüstanında silahlı qruplaşmanı MƏHV ETDİ - FOTO

Bakıda bu kişi axtarılır - FOTO

Bakıda bu kişi axtarılır - FOTO

Zelenski: "Bir çox ölkələr İranla bağlı bizdən kömək istəyir”

Orban təcili iclas çağırdı - ÖLKƏDƏ NƏ BAŞ VERİR? - FOTO/VİDEO

ABŞ “Müsəlman qardaşları”nın Sudan qolunu terror təşkilatı ELAN ETDİ

Naxçıvanda sərnişinlər qeydiyyatdan keçirlər - Bakıya gələcəklər - FOTO/VİDEO

Dərmandan zəhərlənən 38 yaşlı kişi VƏFAT ETDİ

Yeni Ali Liderə sədaqət andı içdilər - FOTO/VİDEO

Anasını necə öldürəcəyini "ChatGPT"dən soruşub - Azərbaycandakı qətlin təfərrüatı

Meksikanın 7 diplomatı ailə üzvləri ilə İrandan Azərbaycana gəldi -FOTO

End of content

No more pages to load

RADİO