Ceyhun Bayramov türkiyəli həmkarı ilə İranın Naxçıvana dron hücumlarını müzakirə etdi - YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, regionda artan eskalasiya və bunun regional sabitliyə mümkün təsirləri müzakirə olunub.

İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisini hədəf alan raket buraxılışı və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları qətiyyətlə pislənilib.

Bu qəbildən hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi və təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirdiyi diqqətə çatdırılıb.

Sözügedən hücumlardan dərhal sonra Türkiyə Respublikasının Prezidenti başda olmaqla, Türkiyə tərəfinin Azərbaycana dəstək ifadə edən açıqlamalarına görə minnətdarlıq ifadə olunub.

Azərbaycanın əsas hissəsindən Naxçıvana və əks istiqamət üzrə həyata keçirilən təyyarə reyslərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuşların müvəqqəti olaraq İğdır Hava Limanı vasitəsilə təşkil olunmasının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib.

Görüş zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq və koordinasiya məsələləri, yüksək səviyyəli səfər və təmaslar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

*** 17:20

İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, u barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri şurasının fövqəladə iclası keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada Azərbaycan səfirliyinə məxsus avtomobil QƏZAYA DÜŞDÜ - VİDEO

Moskvada Azərbaycan səfirliyinə məxsus avtomobil QƏZAYA DÜŞDÜ - VİDEO

Millimiz Macarıstana UDUZDU

Millimiz Macarıstana UDUZDU

Ramazanın 18-Cİ GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 18-Cİ GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Hakan Fidan Türkiyə və Azərbaycana dron hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ ETDİ

Hakan Fidan Türkiyə və Azərbaycana dron hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ ETDİ

Azərbaycan İranın dron hücumları ilə bağlı bəyanatına görə ABŞ-a TƏŞƏKKÜR ETDİ

Azərbaycan İranın dron hücumları ilə bağlı bəyanatına görə ABŞ-a TƏŞƏKKÜR ETDİ

İran PUA-sı Dubayda 90 mərtəbəli göydələnə çırpıldı - VİDEO

İran PUA-sı Dubayda 90 mərtəbəli göydələnə çırpıldı - VİDEO

Hakimlərimiz vətənə qayıdıblar

Hakimlərimiz vətənə qayıdıblar

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pislədi - BƏYANAT

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pislədi - BƏYANAT

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə PAYLAŞIM EDİB - FOTO

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə PAYLAŞIM EDİB - FOTO

"Yaxşı qadın ərini üstün tutar"

"Yaxşı qadın ərini üstün tutar"

76 nəfər İrandan Azərbaycana təxliyə olundu - Aralarında diplomatlar da var - FOTO

76 nəfər İrandan Azərbaycana təxliyə olundu - Aralarında diplomatlar da var - FOTO

Orbandan Prezidentə ZƏNG: “Azərbaycana hər bir dəstəyi göstərməyə hazırıq”

Orbandan Prezidentə ZƏNG: “Azərbaycana hər bir dəstəyi göstərməyə hazırıq”

"Real"ın müdafiəçisi sıradan çıxdı

"Real"ın müdafiəçisi sıradan çıxdı

TDT XİN Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə BƏYANAT YAYDI

TDT XİN Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə BƏYANAT YAYDI

Rayonlarda pensiyalar BU TARİXDƏ veriləcək

Rayonlarda pensiyalar BU TARİXDƏ veriləcək

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında İranın Azərbaycan və Türkiyəyə hücumlarını PİSLƏDİ

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında İranın Azərbaycan və Türkiyəyə hücumlarını PİSLƏDİ

Rəsmi Tehran qonşu ölkələri İrana qarşı hərbi əməliyyatlarda iştirak etməməyə ÇAĞIRDI

Rəsmi Tehran qonşu ölkələri İrana qarşı hərbi əməliyyatlarda iştirak etməməyə ÇAĞIRDI

Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü

Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü

Arda Güler matçın ən pis oyunçusu SEÇİLDİ

Arda Güler matçın ən pis oyunçusu SEÇİLDİ

"Bu gün İran çox güclü zərbə alacaq!” - Tramp

"Bu gün İran çox güclü zərbə alacaq!” - Tramp

İran BƏƏ-yə PUA hücumları edir

İran BƏƏ-yə PUA hücumları edir

Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında ÇIXIŞ ETDİ - FOTO

Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında ÇIXIŞ ETDİ - FOTO

İstədiklərinə təzyiq etmədən nail olan BÜRCLƏR

İstədiklərinə təzyiq etmədən nail olan BÜRCLƏR

Ceyhun Bayramov türkiyəli həmkarı ilə İranın Naxçıvana dron hücumlarını müzakirə etdi - YENİLƏNİB/FOTO

Ceyhun Bayramov türkiyəli həmkarı ilə İranın Naxçıvana dron hücumlarını müzakirə etdi - YENİLƏNİB/FOTO

End of content

No more pages to load

RADİO