Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...

Yaxın Şərqdəki hərbi əməliyyatlar çərçivəsində Hörmüz boğazının açılıb-bağlanması məsələsi diqqət mərkəzindədir. Bu dar və strateji boğaz Yaxın Şərqdən çıxan neftin əsas nəqli yoludur və qlobal enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Son günlər Hörmüz boğazının açılıb-bağlanması investorlar və neft şirkətləri arasında böyük həyəcan yaradıb, çünki bu, dünya neft tədarükünün əhəmiyyətli qismini təhlükə altında qoya bilər. Regiondakı gərginlik fonunda neft qiymətləri qısa müddətdə kəskin şəkildə yüksəlib, yanacaq qiymətlərinin artmasına və enerji bazarlarında qeyri-sabitliyə yol açıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla Hörmüz boğazının strateji əhəmiyyəti və tarixi ilə bağlı maraqlı faktları təqdim edir:

Strateji mövqeyi

Hörmüz boğazı qlobal enerji ticarətinin əsas marşrutlarından biridir. İran, Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən idarə olunan bu 33 kilometr enində boğaz qlobal enerji ticarətinin təxminən 20%-nin keçdiyi strateji su yoludur.

Boğaz Fars körfəzini Oman körfəzi ilə birləşdirir. Qlobal neft və mayeləşdirilmiş təbii qazın (LNG) böyük hissəsi buradan ötürülür. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2025-ci il məlumatlarına görə, Hörmüz boğazından gündəlik 20 milyon bareldən çox xam neft və neft məhsulları daşınır. Beynəlxalq Enerji Agentliyi də qlobal neft ticarətinin beşdə birinin bu marşrutdan keçdiyini təsdiqləyir. Qlobal LNG ticarətinin gündəlik təxminən 300 milyon kubmetri, yəni 20%-i də bu boğazdan keçir.

Boğazdan keçən neftin əksəriyyəti Körfəz ölkələrinə aiddir: Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, İran və Qətər. Hörmüz boğazından keçən neftin 70-80%-i Asiya ölkələrinə, yəni Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya yönəlir. ABŞ və Avropa ölkələri birbaşa asılı olmasalar da, boğazdakı fasilələr qlobal qiymətləri yüksəldir.


İran İnqilab Keşikçiləri ABŞ və İsrailin İrana genişmiqyaslı hücumlarından sonra Hörmüz boğazında dəniz nəqliyyatını məhdudlaşdırıb. Bu gərginlik qlobal bazarları da təsir edib. Böyük Britaniyanın Barkleys Bankı neft qiymətlərində əhəmiyyətli artım proqnozlaşdırır və xam neftin bir barelinin 100 dollara çata biləcəyini bildirir.

Boğazdakı son vəziyyət qlobal enerji təchizat zəncirində ciddi gərginlik yaradıb və neft, təbii qaz qiymətlərinə birbaşa təsir göstərir.

Hörmüz boğazı İran və Oman arasında yerləşir və OPEC ölkələri üçün Asiyada müştərilərə neft çatdırmaqda kritik əhəmiyyət kəsb edir. İranın xam neft və neft məhsullarının ixracı ümumi ixracın 17%-dən çoxunu, təbii qaz isə 12%-ni təşkil edir. 2023-cü ildə İran neftinin təxminən 90%-i Çin Xalq Respublikasına ixrac edilib.

Hörmüz boğazının strateji rolu onu yalnız regional deyil, qlobal enerji təhlükəsizliyi üçün də kritik bir keçidə çevirir. Buradakı hər hansı pozuntu dünya bazarlarında qiymət artımlarına və enerji təchizatında qeyri-müəyyənliyə səbəb olur.

“JPMorgan”ın təhlilinə görə, Hörmüz boğazında tam bağlanma ssenarisində regiondakı istehsalçıların saxlama tutumları maksimum 25 gün ərzində hasilatı davam etdirə bilər. Yeddi əsas istehsalçı ölkənin quruda ümumi saxlama tutumu təxminən 343 milyon barel təşkil edir.

Bağlanma

Boğaz fiziki olaraq qapı və ya klapan kimi bağlanmır, “bağlanma” hərbi və siyasi təhdidi ifadə edir. Boğazın ən dar nöqtəsi 33 kilometr enində olsa da, gəmi keçid zolaqları hər istiqamətdə cəmi 3 kilometrdir.

Hörmüz boğazının bağlanması üçün bir neçə üsul mövcuddur. Bunlardan biri dəniz minalarının yerləşdirilməsidir ki, bu da gəmilərin keçidini əngəlləyir. Digər bir üsul sahil müdafiə raketlərinin istifadəsidir, bu raketlər tankerləri hədəfə alaraq, tranziti təhdid edə bilər. Həmçinin sürətli qayıqlar və donanma vasitəsilə gəmilər təhdid edilə və ya ələ keçirilə bilər. Ən radikal üsul isə gəmiləri batırmaqdır ki, bu, xüsusilə dayaz və dar keçid nöqtələrində fiziki maneə yaradır.

Boğazın bağlanması qlobal neft qiymətlərinin kəskin artması və dünya iqtisadiyyatında böhran riskini artırır.

Gəmi keçidləri, əsasən, Omanın və qismən İranın ərazi sularından keçir. Boğazın mərkəzi nəzarət orqanı yoxdur. BMT Dəniz Hüququ Konvensiyasına görə, ölkələrin sahillərindən 12 dəniz milinə qədər suverenlik hüquqları mövcuddur. İran kommersiya gəmilərinə sərbəst keçid verən BMT müqaviləsini imzalasa da, hələ onu təsdiqləməyib.

Son hadisələrdə İran Hörmüz boğazını faktiki olaraq bağlayıb. Boğazın fasiləsiz işləməsi enerji idxal edən ölkələr üçün həyati əhəmiyyət kəsb edir və hər hansı pozuntu qlobal bazarlarda qiymət artımına səbəb olur.

İran üçün xam neft və neft məhsulları əsas gəlir mənbəyidir, təbii qaz isə ikinci böyük töhfədir. Boğazın bağlanması İranın neft ixracına mane olur və Çinlə iqtisadi münasibətləri gərginləşdirə bilər.

Hörmüz boğazı ABŞ və Aİ sanksiyaları, İranın nüvə enerji səyləri və regional gərginliklər fonunda uzun illər strateji əhəmiyyət daşıyıb.

Hörmüz boğazı Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən beynəlxalq gəmiçilik yoludur. Bu dar boğazdan gündəlik təxminən 17-20 milyon barel xam neft keçərək, dünya bazarına nəql olunur. 38,9 kilometr eni olan boğaz Yaxın Şərq neftinin təxminən 40%-ni daşıyır, o cümlədən, ABŞ, Qərbi Avropa və Çinə göndərilən neftin yarısı buradan keçir.

Bu strateji əhəmiyyətinə görə, ABŞ və Böyük Britaniya son illərdə Çinə qarşı enerji kartı olaraq İrana təzyiq göstərmək və mümkün hərbi əməliyyatları planlaşdırmaq imkanlarını nəzərdən keçiriblər.

Tarixdə Hörmüz

Hörmüz boğazının adı tarixi şəxsiyyət Hörmüzdən götürülüb. O, Sasani imperiyasının (224-651-ci illər) məşhur hökmdarı Nuşirəvanın böyük oğludur. Nuşirəvanın ölümündən sonra hazırda Hörmüz boğazı adlanan ərazi varisi Hörmüzün adı ilə tanınmağa başladı.

Mənbələrə görə, Hörmüz Məzdəki üsyanını yatıran ədalətli Nuşirəvanın oğludur. Hicri illərində yaşayıb, anası Türk xaqanının qızı olduğuna görə “Türkzadə” ləqəbi ilə tanınıb. Lakin o, sadə və qəddar bir insan idi. Bəsit ruhlu olduğundan xalqın sevgisini qazana biləcək ciddi və hörmətli insanlardan nifrət edirdi. İnamsızlıq, nifrət, qan tökmək və zülm onun əsas xüsusiyyətləri idi.

Hörmüz oğlu Pərvizi (II Xosrov – 590-628-ci illərdə hakimiyyətdə olub – red.) qısqanaraq, onu Azərbaycana sürgün etmiş, qorxu və şübhə içində oğluna belə güvənməmişdi. Xalqına qarşı amansız olmuşdu.
 

Tacir sinfindən 13 min 600 nəfəri səbəbsiz edam etmişdi. 13 illik hakimiyyəti dövründə onun qəddar və rüsvayçı hərəkətləri xalqı bezdirmişdi. Nəticədə xalq və oğlu Pərviz Hörmüzü əvvəlcə kor edib həbs etmiş, sonra isə iplə boğaraq öldürmüşdü.


Xosrov Pərvizin adı oxuculara ədəbiyyatdan da tanışdır. Onun adı Firdovsinin “Şahnamə”sində və Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində romantik aspektdən işlənib, bununla fars və Azərbaycan ədəbiyyatında əsas qəhrəmanlardan birinə çevrilib.

Fars körfəzi ilə Hind okeanının birləşdiyi Hörmüz Boğazı bu zalım şah Hörmüzün adını daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH-ın təhsil müəssisəsi belə məhv edildi – VİDEO

SEPAH-ın təhsil müəssisəsi belə məhv edildi – VİDEO

Nüvə müharibəsi olarsa, yalnız 2 ölkə sağ çıxacaq

Nüvə müharibəsi olarsa, yalnız 2 ölkə sağ çıxacaq

Külək əsəcək, qar yağacaq... – 8 Mart HAVASI

Külək əsəcək, qar yağacaq... – 8 Mart HAVASI

Sərdar Ortacın bu halı sevənlərini ÜZDÜ – FOTO

Sərdar Ortacın bu halı sevənlərini ÜZDÜ – FOTO

Loğman Məmiyev yüksək vəzifətə TƏYİN OLUNDU

Loğman Məmiyev yüksək vəzifətə TƏYİN OLUNDU

Bakıda AĞIR QƏZA – Qadın belə xilas edildi – VİDEO

Bakıda AĞIR QƏZA – Qadın belə xilas edildi – VİDEO

Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır

Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır

“Liverpul” İngiltərə Kubokunun 1/4 finalında - VİDEO

“Liverpul” İngiltərə Kubokunun 1/4 finalında - VİDEO

Dubay Hava Limanı fəaliyyətini DAYANDIRDI – VİDEO

Dubay Hava Limanı fəaliyyətini DAYANDIRDI – VİDEO

Şanslı olacaq bürclər - Bəxtləri açıldı

Şanslı olacaq bürclər - Bəxtləri açıldı

Nərgiz xaladan ilhamlanıb sükan arxasına KEÇDİ – Qubanın 72 yaşlı avtobus sürücüsünün HƏYAT HEKAYƏSİ - VİDEO

Nərgiz xaladan ilhamlanıb sükan arxasına KEÇDİ – Qubanın 72 yaşlı avtobus sürücüsünün HƏYAT HEKAYƏSİ - VİDEO

Qaşlı qızıl almayın - SƏBƏBLƏR

Qaşlı qızıl almayın - SƏBƏBLƏR

Biləsuvar sakinlərinin DİQQƏTİNƏ – Bu gün 13.30-a qədər...

Biləsuvar sakinlərinin DİQQƏTİNƏ – Bu gün 13.30-a qədər...

“Karvan-Yevlax” “Sumqayıt”a qarşı

“Karvan-Yevlax” “Sumqayıt”a qarşı

Pezeşkian ÜZR İSTƏDİ – “Bir daha hücum etməyəcəyik” - VİDEO

Pezeşkian ÜZR İSTƏDİ – “Bir daha hücum etməyəcəyik” - VİDEO

SON DƏQİQƏ! İran Dubay aeroportuna zərbə endirdi – ANBAAN VİDEO

SON DƏQİQƏ! İran Dubay aeroportuna zərbə endirdi – ANBAAN VİDEO

Qaradağda ata və 16 yaşlı oğlu faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ

Qaradağda ata və 16 yaşlı oğlu faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ

Bu Avropa ölkəsi ən yüksək maaşı verir: İşsizlər axın edir

Bu Avropa ölkəsi ən yüksək maaşı verir: İşsizlər axın edir

Həbsxanada olan analar, uşaq evindəki övladları... – FOTOLAR

Həbsxanada olan analar, uşaq evindəki övladları... – FOTOLAR

Tehran Məhkəmə Kompleksi də darmadağın edildi – VİDEO

Tehran Məhkəmə Kompleksi də darmadağın edildi – VİDEO

Qızılqayada YANĞIN – Yaralanan var – FOTO/VİDEO

Qızılqayada YANĞIN – Yaralanan var – FOTO/VİDEO

Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Rusiya bazası Ermənistandan çıxarılır?

Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Rusiya bazası Ermənistandan çıxarılır?

Bu kişinin sayəsində 1700 ildir İSTİRAHƏT EDİRİK

Bu kişinin sayəsində 1700 ildir İSTİRAHƏT EDİRİK

Azərbaycan vasitəsilə İrandan təxliyə olunan şəxslərin sayı – Ölkələr üzrə SİYAHI

Azərbaycan vasitəsilə İrandan təxliyə olunan şəxslərin sayı – Ölkələr üzrə SİYAHI

End of content

No more pages to load

RADİO