Prezident Azərbaycan qadınlarını TƏBRİK ETDİ

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.
 

Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının
müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.



Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər.

Əziz xanımlar!

Bayramınız mübarək olsun!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balaəlidən başqa meyxanaçılara da efir qadağası qoyulub? - AÇIQLAMA/ÖZƏL

Balaəlidən başqa meyxanaçılara da efir qadağası qoyulub? - AÇIQLAMA/ÖZƏL

Bu bürclər ciddi çətinliklərlə üzləşəcək: Şans nə zaman qayıdacaq?

Bu bürclər ciddi çətinliklərlə üzləşəcək: Şans nə zaman qayıdacaq?

BƏƏ-nin XİN başçısı Naxçıvanın PUA ilə vurulmasını PİSLƏDİ

BƏƏ-nin XİN başçısı Naxçıvanın PUA ilə vurulmasını PİSLƏDİ

Zakir Həsənovdan TƏBRİK: “Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir”

Zakir Həsənovdan TƏBRİK: “Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir”

Cüdoçumuz "Qran-pri"nin QALİBİ OLDU

Cüdoçumuz "Qran-pri"nin QALİBİ OLDU

Milli Məclisin Komissiyası İranın Naxçıvana PUA hücumlarına dair Bəyanat QƏBUL ETDİ

Milli Məclisin Komissiyası İranın Naxçıvana PUA hücumlarına dair Bəyanat QƏBUL ETDİ

İki kollecə yeni direktor müavinləri təyin edildi

İki kollecə yeni direktor müavinləri təyin edildi

İran səfirinin Naxçıvana dron hücumu ilə bağlı müsahibəsi - VİDEO

İran səfirinin Naxçıvana dron hücumu ilə bağlı müsahibəsi - VİDEO

Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan TƏXLİYƏ OLUNUR - FOTO

Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan TƏXLİYƏ OLUNUR - FOTO

“Deyir, 8 Martda həyat yoldaşı hədiyyə almadığı üçün boşananlar var” - VİDEO

“Deyir, 8 Martda həyat yoldaşı hədiyyə almadığı üçün boşananlar var” - VİDEO

Nərimanın ABŞ-a getməsi üçün İCAZƏ ALINDI

Nərimanın ABŞ-a getməsi üçün İCAZƏ ALINDI

​DTX: Qaradağda SEPAH-ın partlayıcı qurğusu aşkarlandı

DTX: Qaradağda SEPAH-ın partlayıcı qurğusu aşkarlandı

Slovakiya Prezidentindən MƏKTUB: “ İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik”

Slovakiya Prezidentindən MƏKTUB: “ İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik”

Masallıda tüfənglə insident törədən şəxs SAXLANILDI

Masallıda tüfənglə insident törədən şəxs SAXLANILDI

Naxçıvanda Ali Məhkəmənin hakimi vəfat edib

Naxçıvanda Ali Məhkəmənin hakimi vəfat edib

İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinin düşərgəsini VURDU - VİDEO

İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinin düşərgəsini VURDU - VİDEO

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi - FOTO

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi - FOTO

Xəmirin rahat yayılması üçün nə etməli?

Xəmirin rahat yayılması üçün nə etməli?

Sabah TDT XİN başçılarının fövqəladə sammiti KEÇİRİLƏCƏK

Sabah TDT XİN başçılarının fövqəladə sammiti KEÇİRİLƏCƏK

Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO

Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO

Üç saat ərzində İrandan 210 nəfər TƏXLİYƏ OLUNDU

Üç saat ərzində İrandan 210 nəfər TƏXLİYƏ OLUNDU

Jelka Tsviyanoviç İlham Əliyevə məktub ÜNVANLADI

Jelka Tsviyanoviç İlham Əliyevə məktub ÜNVANLADI

Bayram və istirahət günlərinə gözlənilən hava AÇIQLANDI

Bayram və istirahət günlərinə gözlənilən hava AÇIQLANDI

DTX İranın Azərbaycanda planlaşdırdığı terror cəhdinin qarşısını aldı - VİDEO

DTX İranın Azərbaycanda planlaşdırdığı terror cəhdinin qarşısını aldı - VİDEO

End of content

No more pages to load

RADİO