BMT hesab edir ki, İranın Naxçıvana zərbələri Azərbaycanın suverenliyinin açıq şəkildə pozulmasıdır.
Bizim.Media xəbər verir ki, bunu beynəlxalq təşkilatın baş katibinin mətbuat katibi Stefan Düjarik bildirib.
“Biz Azərbaycanın ərazisinə pilotsuz uçuş aparatları ilə edilən hücumdan çox narahatıq və ciddi şəkildə təşviş keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq pozuntusudur”, - Düjarrik deyib.
O, həmçinin İranı beynəlxalq hüquqa və BMT-nin nizamnaməsinə riayət etməyə çağırıb.
Bizim.Media