BMT-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkə hesablarında İranın Naxçıvana dron hücumları ilə bağlı paylaşım edilib.
Bizim.Media xəbər verir ki, nümayəndəlik Azərbaycanla həmrəylik ifadə edib.
“Düşüncələrimiz bu gün dron hücumları nəticəsində zərər çəkmiş Naxçıvan Muxtar Respublikasının sakinləri ilədir. BMT-nin Azərbaycandakı komandası xəsarət alan dörd nəfərə tezliklə sağalmalarını arzulayır”, - paylaşımda qeyd edilib.
Bizim.Media