İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov martın 5-i İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib.
Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.
İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və Azərbaycanla həmrəy olduğunu bildirib.
***18:27
Azərbaycan və İsrail XİN rəhbərləri Ceyhun Bayramov və Gideon Saar arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Gideon Saar “X” hesabında paylaşım edib.
O qeyd edib ki, İranın Azərbaycana qarşı açıq və qəsdən təcavüzünü pisləyir, ona və regiondakı digər ölkələrə qarşı təcavüz tamamilə qəbuledilməzdir.
Nazir İsrailin məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirməkdə qərarlı olduğunu da diqqətə çatdırıb.
Bizim.Media