Maka Botçorişvilidən İranın dron hücumları ilə bağlı Ceyhun Bayramova ZƏNG

Martın 5-də Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, telefon danışığı zamanı nazirlər İranın ölkəmizə qarşı dron hücumları nəticəsində yaranmış vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarına martın 5-də İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları barədə məlumat verib.

Nəticədə Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına zərər dəyib, mülki şəxslər xəsarət alıb. Həmçinin dronlardan biri Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
 
Nazir Ceyhun Bayramov Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

Azərbaycan tərəfinin baş vermiş hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini, müvafiq izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsini tələb etdiyi diqqətə çatdırılıb.

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib.

Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda din xadimlərinin iclası raket zərbəsinə görə yarımçıq qaldı - VİDEO

"Şəfa" qalib gəldi, "Bakı Sportinq" uduzdu

Ceyhun Bayramovun İsrailli həmkarı ilə telefon danışığı olub

Kamran Əsədovun məhkəməsi davam etdirilib

“Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək” - Rəsmi Ankara

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı UZADILDI

Neft 10 dollar bahalaşsa, Azərbaycanın ixrac gəlirləri nə qədər artacaq? – ŞOK MƏBLƏĞ

“Tok” vuran Şəki sakini ilə bağlı ilkin TƏFƏRRÜAT - FOTO

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Fransa səfirindən İranın Naxçıvana dron hücumu ilə bağlı AÇIQLAMA

Naxçıvandakı Şəkərabad məktəbi ilə bağlı son durum: "Feyk fotolar yayılır"

Qazaxıstan İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə etdi

Rusiyada saxlanılan soydaşlarımıza hökm oxundu - CƏZALAR

Ankaranın sülh planı: ABŞ razı imiş, İran "yox" deyib

Sibiqa: “Azərbaycana hücum göstərir ki, Tehrandakı rejim qlobal təhlükədir” - FOTO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Şahdağda keçirilən Avropa çempionatında 2-ci günün QALİBLƏRİ – SİYAHI

Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pislədi

Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək

Ceyhun Bayramov Hakan Fidanla İranın Azərbaycana dron hücumlarını müzakirə etdi

SON DƏQİQƏ! “İran PUA-larından biri sıradan çıxarılıb” – Müdafiə Nazirliyindən AÇIQLAMA

Milli QHT Forumu: “İran Azərbaycana hücum etməklə böyük səhvə yol verdi”

"İran başını itirib" — Türk general Naxçıvana hücumdan danışdı

Azərbaycan Kuboku: Yarımfinalda "Zirə"nin rəqibi bu komanda olacaq - VİDEO

End of content

No more pages to load

RADİO