Səfir Fransa vətəndaşlarının İrandan təxliyəsində yardıma görə Azərbaycana minnətdarlığını bildirib.
Bizim.Media xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut bu barədə “X” platformasında paylaşım edib.
Diplomat Azərbaycan Xarici İşlər Nazirliyinə Fransa vətəndaşlarına effektiv və sürətli kömək üçün təşəkkür edib.

Bizim.Media