Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti TƏTBİQ EDİLƏCƏK – SƏRƏNCAM

Bizim.Media-nın məlumatına görə, Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur.

"Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.
 

Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur.


Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir.

Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur.

Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır", - Sərəncamda vurğulanıb.

Sərəncama əsasən, Nazirlər Kabineti:

aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etməli;

məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görməli;
 

sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görməli;


bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin İsraildəki vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə ÇAĞIRDI

Çin İsraildəki vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə ÇAĞIRDI

Rusiyada heyvanlar arasında xəstəlik YAYILDI - Ölkəmizə idxal dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Rusiyada heyvanlar arasında xəstəlik YAYILDI - Ölkəmizə idxal dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Ölkə ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları AŞKARLANDI

Ölkə ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları AŞKARLANDI

Ginnesin Rekordlar Kitabına düşmüşdü, - Sahildə ölü tapıldı - FOTO

Ginnesin Rekordlar Kitabına düşmüşdü, - Sahildə ölü tapıldı - FOTO

Daha bir ölkə vətəndaşlarını İrana səfər etməməyə ÇAĞIRDI

Daha bir ölkə vətəndaşlarını İrana səfər etməməyə ÇAĞIRDI

Bakının 20-dən çox istiqamətində SIXLIQ VAR

Bakının 20-dən çox istiqamətində SIXLIQ VAR

Efiopiyanın baş nazirindən Prezidentə: “Dostlarınız Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər”

Efiopiyanın baş nazirindən Prezidentə: “Dostlarınız Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər”

Konfrans Liqasında 1/8 final mərhələsinin PÜŞKÜ ATILDI

Konfrans Liqasında 1/8 final mərhələsinin PÜŞKÜ ATILDI

“Leobank” istifadəçilərindən NARAZILIQ - Köçürülən vəsaitlər karta oturmur - FOTOFAKT

“Leobank” istifadəçilərindən NARAZILIQ - Köçürülən vəsaitlər karta oturmur - FOTOFAKT

Müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Vüqar Bayramov: “Azərbaycana turistlərin yarısından çoxu dörd ölkədən gəlir”

Vüqar Bayramov: “Azərbaycana turistlərin yarısından çoxu dörd ölkədən gəlir”

BDU tələbələrinin fotolarını yayan şəxsin kimliyi bilindi – FOTO/VİDEO

BDU tələbələrinin fotolarını yayan şəxsin kimliyi bilindi – FOTO/VİDEO

Prezidentdən Kamran Məmmədzadə ilə bağlı SƏRƏNCAM

Prezidentdən Kamran Məmmədzadə ilə bağlı SƏRƏNCAM

Elmar Məmmədov Bolqarıstana səfir təyin edildi – SƏRƏNCAM

Elmar Məmmədov Bolqarıstana səfir təyin edildi – SƏRƏNCAM

Cavidan Hüseynov Azərbaycanın Bəhreyndəki səfiri TƏYİN OLUNDU

Cavidan Hüseynov Azərbaycanın Bəhreyndəki səfiri TƏYİN OLUNDU

“Kəpəz” “Sumqayıt”a böyük hesabla qalib gəldi - VİDEO

“Kəpəz” “Sumqayıt”a böyük hesabla qalib gəldi - VİDEO

Prezidentin Efiopiyanın Baş naziri ilə görüşündən YADDAQALAN ANLAR – VİDEO

Prezidentin Efiopiyanın Baş naziri ilə görüşündən YADDAQALAN ANLAR – VİDEO

Məktəblərdə telefondan istifadəyə dair qaydalar hazırlanacaq – RƏSMİ

Məktəblərdə telefondan istifadəyə dair qaydalar hazırlanacaq – RƏSMİ

FHN minatəmizləmə fəaliyyətində iştirak edəcək – FƏRMAN

FHN minatəmizləmə fəaliyyətində iştirak edəcək – FƏRMAN

Bu ölkələrlə viza rejimi SADƏLƏŞDİRİLƏ BİLƏR – RƏSMİ

Bu ölkələrlə viza rejimi SADƏLƏŞDİRİLƏ BİLƏR – RƏSMİ

Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti TƏTBİQ EDİLƏCƏK – SƏRƏNCAM

Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti TƏTBİQ EDİLƏCƏK – SƏRƏNCAM

“Böyük Dəbilqə”də azərbaycanlı FİNALI – Əhməd Yusifov QIZIL MEDAL QAZANDI

“Böyük Dəbilqə”də azərbaycanlı FİNALI – Əhməd Yusifov QIZIL MEDAL QAZANDI

Həyatını itirən 43 yaşlı həkim SAF Hospitalda əməliyyat olunubmuş – ÖZƏL

Həyatını itirən 43 yaşlı həkim SAF Hospitalda əməliyyat olunubmuş – ÖZƏL

İqtisadi Şuranın növbəti İCLASI – Bu məsələlər müzakirə olundu – FOTO

İqtisadi Şuranın növbəti İCLASI – Bu məsələlər müzakirə olundu – FOTO

End of content

No more pages to load

RADİO