Ukrayna üçün bir aylıq VAXT LİMİTİ – Zelenski Trampın tələbini yerinə yetirməsə...

ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsini tez bir zamanda dayandırmaqda israrlı görünür.

O, ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynadakı müharibənin bir ay ərzində başa çatmasını istədiyini bildirib.

İddiaya görə, danışıqların gedişində Zelenski müharibənin bu il bitəcəyinə ümid etdiyini deyib. Tramp isə müharibənin çox uzun çəkdiyini və onun bir ay ərzində bitməsini istədiyini bildirib.

Əslində bu istək Trampdan Zelenskiyə növbəti xəbərdarlıq kimi qiymətləndirilə bilər. Çünki Tramp üçün müharibənin dayandırılması vacibdir. Buna nail olmaq üçün də o, tərəflərə müəyyən təzyiqlər edir. İndiki məqamda daha zəif halqa Zelenski olduğundan Trampın təzyiqləri də əsasən məhz ona qarşı yönəlib.

Görəsən, müharibə bir aya başa çatacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Trampın Zelenskiyə ünvanlanan bu xəbərdarlığı ultimatum kimi qəbul etmək olar:

“Ümumiyyətlə, Trampın danışıq tərzində təzyiq elementləri var. Əvvəlcə o, Venesuela ilə belə danışdı. İndi də Kuba və İranla həmin tonda danışır. Zelenskiyə gəldikdə isə, Tramp daha çox hiddət nümayiş etdirir. Ukrayna böhranı ilə bağlı məsələdə kollektiv Qərb faktiki olaraq parçalanıb. Zelenski də daha çox Avropaya meyllidir. Bu isə Trampın ürəyincə deyil. Zelenski əvvəlcə “iki stulda əyləşmək” istəyib. Amma Amerika stulundan düşəndən sonra Tramp onu tənqid etməyə başladı”.

Ekspert qeyd edib ki, artıq Trampın əksər planlarında tənəzzül baş verməkdədir. Məhz bu səbəbdən ABŞ lideri zəif bənd olaraq hədəf kimi Zelenskini seçib:

“Onu psixoloji cəhətdən sındırmağa, bir ay ərzində danışıqlar masası arxasında oturmağa vadar etməyə çalışır. Nadir torpaq mineralları ilə bağlı Ukrayna ilə bağlanan saziş də asılı vəziyyətdə qalıb. Çünki müharibə bitməsə, Amerika şirkətləri Ukraynada işləyə bilməyəcək”.

Müsahibimiz Zelenskinin Trampın qəzəbinə tuş gələcəyini də istisna etməyib:

“Trampın sözügedən tələbi ultimatumdur, Zelenski onun qəzəbinə tuş gələ bilər. Trampın dediyinə getməsə, bu Zelenski üçün ağır olacaq. Ukrayna ordusuna Rusiya qoşunlarının yeri barədə Amerika tərəfindən məxfi məlumatların verilməsi demək olar ki, məhdudlaşdırılıb. ABŞ Zelenskiyə zərbə vurmaq istəsə, ona verdiyi bütün dəstəyi dayandıracaq və çalışacaq ki, Rusiya qoşunları yaya qədər Ukrayna ordusuna təsirli zərbələr endirə bilsin”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Fənərbağça" kolumbiyalı futbolçu üçün hərəkətə keçdi

"Fənərbağça" kolumbiyalı futbolçu üçün hərəkətə keçdi

Səfərbərlik Xidmətinin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi TƏSDİQLƏNDİ

Səfərbərlik Xidmətinin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi TƏSDİQLƏNDİ

Doğum günü 4 ildən bir qeyd edilən ŞƏHİD - Devid Cəlilovun HƏYAT HEKAYƏSİ - VİDEO

Doğum günü 4 ildən bir qeyd edilən ŞƏHİD - Devid Cəlilovun HƏYAT HEKAYƏSİ - VİDEO

“Polat Alemdar”ı “Yeraltı”nda görə bilərik – FOTO

“Polat Alemdar”ı “Yeraltı”nda görə bilərik – FOTO

ABŞ Yaxın Şərqdə itkilərinin sayını AÇIQLADI

ABŞ Yaxın Şərqdə itkilərinin sayını AÇIQLADI

Şahin Mustafayev Overçukla görüşdü – Müzakirə olunan məsələlər – FOTO

Şahin Mustafayev Overçukla görüşdü – Müzakirə olunan məsələlər – FOTO

Fransa səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Fransa səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Üzərliklə bağlı daha bir RƏSMİ XƏBƏRDARLIQ

Üzərliklə bağlı daha bir RƏSMİ XƏBƏRDARLIQ

ABŞ-ın müharibə naziri: “Savaşı biz başlatmamışıq”

ABŞ-ın müharibə naziri: “Savaşı biz başlatmamışıq”

Xameneinin həyat yoldaşı da VƏFAT ETDİ

Xameneinin həyat yoldaşı da VƏFAT ETDİ

Bakıda 7, İmişlidə 4,5 faiz... – Bankların əmanət faizlərindəki fərq NƏDƏN QAYNAQLANIR?

Bakıda 7, İmişlidə 4,5 faiz... – Bankların əmanət faizlərindəki fərq NƏDƏN QAYNAQLANIR?

Meyxanaçılar Elşən Binəqədiyə niyə sahib çıxmadı? - Ağamirzə DANIŞDI/ÖZƏL

Meyxanaçılar Elşən Binəqədiyə niyə sahib çıxmadı? - Ağamirzə DANIŞDI/ÖZƏL

İsraildən TƏKZİB – “Netanyahunun ofisinə zərbə endirilməyib”

İsraildən TƏKZİB – “Netanyahunun ofisinə zərbə endirilməyib”

İrandan növbəti HÜCUM – BƏƏ-nin neft platforması alovlar içində - VİDEO

İrandan növbəti HÜCUM – BƏƏ-nin neft platforması alovlar içində - VİDEO

Martın 3-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Martın 3-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bakıda bu "Mall" BAĞLANIR

Bakıda bu "Mall" BAĞLANIR

AZAL təyyarəsinin qəzası ilə bağlı yaxın vaxtlarda praktik addımlar ATILACAQ – RƏSMİ

AZAL təyyarəsinin qəzası ilə bağlı yaxın vaxtlarda praktik addımlar ATILACAQ – RƏSMİ

İlham Əliyev Aleksey Overçuku qəbul etdi – FOTO

İlham Əliyev Aleksey Overçuku qəbul etdi – FOTO

Laricani: “Biz ABŞ-dan fərqli olaraq uzunmüddətli müharibəyə hazırıq” – FOTO

Laricani: “Biz ABŞ-dan fərqli olaraq uzunmüddətli müharibəyə hazırıq” – FOTO

İsrail: “İranın qərbində hava məkanı tam nəzarətimizdədir” – VİDEO

İsrail: “İranın qərbində hava məkanı tam nəzarətimizdədir” – VİDEO

Məcburi köçkünlərə ŞAD XƏBƏR!

Məcburi köçkünlərə ŞAD XƏBƏR!

Sabah ilin ilk Ay tutulması OLACAQ

Sabah ilin ilk Ay tutulması OLACAQ

SON DƏQİQƏ! İran Kiprə PUA-larla zərbə endirdi – VİDEO

SON DƏQİQƏ! İran Kiprə PUA-larla zərbə endirdi – VİDEO

Dubay hava limanı HAZIRDA – VİDEO

Dubay hava limanı HAZIRDA – VİDEO

End of content

No more pages to load

RADİO