İlham Əliyevin açılışını etdiyi Xocalı Soyqırımı Memorialı – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Memorial Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində "Xocalıya ədalət!" kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Ekspozisiya ziyarətçiləri "Faciənin siması" instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır.

Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada "Xocalı - qədim sivilizasiyanın izləri", "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalını unutma!" adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.

Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur.

İkinci ekspozisiya zalında Sərxan Hacıyevin "Bir gecənin içində səssiz qalan evlər" instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir.

Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir.

"Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.

Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, "Böyük Qayıdış" və "Viran edilən Xocalı yenidən dirçələcək" ideyası ilə tamamlanır.

Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Rusiya AZAL təyyarəsinin qəzası ilə bağlı bütün açıq qalan məsələləri həll etmək niyyətindədir” - Zaxarova

“Rusiya AZAL təyyarəsinin qəzası ilə bağlı bütün açıq qalan məsələləri həll etmək niyyətindədir” - Zaxarova

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTO

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTO

Ən inadkar BÜRCLƏR: Keçilərlə aralarında heç bir fərq yoxdur

Ən inadkar BÜRCLƏR: Keçilərlə aralarında heç bir fərq yoxdur

Cüdoçularımızın rəqibləri AÇIQLANDI

Cüdoçularımızın rəqibləri AÇIQLANDI

Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət etdi - FOTO

Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət etdi - FOTO

Bakının bəzi prospektlərində SIXLIQ VAR

Bakının bəzi prospektlərində SIXLIQ VAR

Daşlaşmış yaddaşın SƏSİ – Qusar Teatrında Xocalının ağrılı tarixi CANLANDIRILDI – VİDEO

Daşlaşmış yaddaşın SƏSİ – Qusar Teatrında Xocalının ağrılı tarixi CANLANDIRILDI – VİDEO

Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Cenevrədə ABŞ və Ukrayna arasında danışıqlar KEÇİRİLİR

Cenevrədə ABŞ və Ukrayna arasında danışıqlar KEÇİRİLİR

İqtisadi Şuranın iclası keçirildi - FOTO

İqtisadi Şuranın iclası keçirildi - FOTO

Azərbaycanlı futbolçu Polşa klublarının TRANSFER HƏDƏFİNDƏ

Azərbaycanlı futbolçu Polşa klublarının TRANSFER HƏDƏFİNDƏ

Ukraynada 90 mindən çox insan itkin düşüb

Ukraynada 90 mindən çox insan itkin düşüb

Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxdı

Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxdı

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər – FOTO/VİDEO

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər – FOTO/VİDEO

Natiq Qasımovun bacısı: Qardaşıma "Milli qəhrəman" adı verildi, əməyi itmədi

Natiq Qasımovun bacısı: Qardaşıma "Milli qəhrəman" adı verildi, əməyi itmədi

Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşım – FOTO

Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşım – FOTO

Abşeronda mənzildə meyit tapıldı

Abşeronda mənzildə meyit tapıldı

Təcili! Artur Rasizadə Mehdiyevin Rusiya ilə gizli əlaqələrindən DANIŞDI

Təcili! Artur Rasizadə Mehdiyevin Rusiya ilə gizli əlaqələrindən DANIŞDI

Jalə Əhmədovanın cərimələnməsi xəbəri yalandır – RƏSMİ

Jalə Əhmədovanın cərimələnməsi xəbəri yalandır – RƏSMİ

Ermənistana ciddi təhlükə barədə XƏBƏRDARLIQ: “ABŞ köməyə gəlməyəcək”

Ermənistana ciddi təhlükə barədə XƏBƏRDARLIQ: “ABŞ köməyə gəlməyəcək”

4 kəndin işıqları sönməyəcək - 3 milyon ayrıldı

4 kəndin işıqları sönməyəcək - 3 milyon ayrıldı

“Heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin” – İlham Əliyev

“Heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin” – İlham Əliyev

İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

Prezident: Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq

Prezident: Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq

End of content

No more pages to load

RADİO