Rəsmi Bakıdan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı BƏYANAT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.

Bizim.Media bəyanatı təqdim edir:

"Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı soyqırımının törədilməsindən 34 il ötür.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğal və soyqırımı siyasətinin ən qanlı faciələrindəndir.
 

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış, avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum edərəkazərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər törədib.


Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 1275 nəfər əsir götürülüb və girovluqda işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Bir çox girovun taleyi hələ dəməlum deyil.

Bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və ayrı-seçkilik siyasətinin parçası olub.

Ermənistanın Azərbaycanın Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı, Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə nümayiş etdirir.

Xocalı soyqırımı beynəlxalq hüququn, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və digər beynəlxalq humanitar norma və standartların kobud şəkildə pozulmasıdır. Bu faciə insanlıq əleyhinə cinayət olaraq dünya hüquq sistemində özünə layiqli qiymətini almalıdır.
 

Xocalı soyqırımının məqsədyönlü xarakteri ilə bağlı mövcud faktlar, o cümlədən soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş müdafiə naziri və daha sonra dövlət başçısı olmuş Serj Sarkisyanın etirafları göstərir ki, bu faciə düşünülmüş siyasətin tərkib hissəsi olub.


Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.

Xocalı soyqırımının 34-cü ildönümündə faciənin günahsız qurbanlarının əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik.

Allah rəhmət eləsin!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış hüquqşünas VƏFAT ETDİ - FOTO

Tanınmış hüquqşünas VƏFAT ETDİ - FOTO

Alena Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Alena Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Tələbə qızlar şantaj olunurlar - VİDEO

Tələbə qızlar şantaj olunurlar - VİDEO

“Hər gün özümə Tünzalənin yoxluğunu xatırladıram” - FOTO

“Hər gün özümə Tünzalənin yoxluğunu xatırladıram” - FOTO

Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir” - FOTO

Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir” - FOTO

Rəsmi Bakıdan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı BƏYANAT

Rəsmi Bakıdan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı BƏYANAT

Xocalı soyqırımından 34 il ötür

Xocalı soyqırımından 34 il ötür

Leyla Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO

Leyla Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO

Peru Konqresində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edildi - FOTO

Peru Konqresində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edildi - FOTO

“Qarabağ” - “Sabah” oyununun hakimləri BİLİNDİ

“Qarabağ” - “Sabah” oyununun hakimləri BİLİNDİ

ADY yeni istiqamət üzrə sürət qatarları işə salacaq

ADY yeni istiqamət üzrə sürət qatarları işə salacaq

Ramazanın səkkizinci günü: İftar və imsak vaxtları, günün duası

Ramazanın səkkizinci günü: İftar və imsak vaxtları, günün duası

İlhamə Quliyevanın heç yerdə olmayan görüntülərini PAYLAŞDI - VİDEO

İlhamə Quliyevanın heç yerdə olmayan görüntülərini PAYLAŞDI - VİDEO

Prezident Elçin Yusubova TAPŞIRIQ VERDİ: “İşlə təmin etmək üçün təkliflər verərsiniz”

Prezident Elçin Yusubova TAPŞIRIQ VERDİ: “İşlə təmin etmək üçün təkliflər verərsiniz”

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata ALIRLAR

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata ALIRLAR

Prezident ailəsi ilə Xanabad kənd sakininin EVİNDƏ - FOTO/VİDEO

Prezident ailəsi ilə Xanabad kənd sakininin EVİNDƏ - FOTO/VİDEO

Türkiyəli futbolçu “Barselona”ya keçə bilər

Türkiyəli futbolçu “Barselona”ya keçə bilər

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - FOTO

Prezident Bakı haqda: “Tıxac, toz-torpaq, külək…” - VİDEO

Prezident Bakı haqda: “Tıxac, toz-torpaq, külək…” - VİDEO

Zaur 45 yaşını qeyd etdi - VİDEO

Zaur 45 yaşını qeyd etdi - VİDEO

Türkiyəli məşhur futbolçu KLUBSUZ QALDI

Türkiyəli məşhur futbolçu KLUBSUZ QALDI

"Qanun buna icazə vermir"

"Qanun buna icazə vermir"

Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir” - VİDEO

Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir” - VİDEO

Qəbələdə AĞIR QƏZA: 24 yaşlı sürücü öldü

Qəbələdə AĞIR QƏZA: 24 yaşlı sürücü öldü

End of content

No more pages to load

RADİO