İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub - FOTO/VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanışlıqdan sonra kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış olublar və söhbət ediblər.

Bizim.Media dialoqu təqdim edir:

Prezident İlham Əliyev: Salamaleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.

Digər qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl.

Prezident İlham Əliyev: Necə yerləşmisiniz?

Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Keçin içəri.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Kişi sakin: Çox əladır, hər şey əladır.

Prezident İlham Əliyev: Yaxşı, razısınızmı?

Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.

Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Siz özünüz buralısınız?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?

Kişi sakin: Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.

Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?

Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Şərait necə idi?

Kişi sakin: Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.

Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?

Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.

Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?

Kişi sakin: Bəli, Qarakənddə idi.

Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?

Kişi sakin: 17 kilometrdir.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.

Qadın sakin: Çox sağ olun, minnətdarıq.

Kişi sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.

Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.

Kişi sakin: Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.

Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.

Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin.

Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

Prezident İlham Əliyev: Bəli, gedək.

Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?

Kişi sakin: Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Həyətyanı sahə də var?

Kişi sakin: Var, 15 sot torpaq var.

Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.

Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.

Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?

Kişi sakin: İnşallah, olacaq.

Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır.

Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.

Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.

Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident Bakı haqda: “Tıxac, toz-torpaq, külək…” - VİDEO

Prezident Bakı haqda: “Tıxac, toz-torpaq, külək…” - VİDEO

Zaur 45 yaşını qeyd etdi - VİDEO

Zaur 45 yaşını qeyd etdi - VİDEO

Türkiyəli məşhur futbolçu KLUBSUZ QALDI

Türkiyəli məşhur futbolçu KLUBSUZ QALDI

"Qanun buna icazə vermir"

"Qanun buna icazə vermir"

Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir”

Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir”

Qəbələdə AĞIR QƏZA: 24 yaşlı sürücü öldü

Qəbələdə AĞIR QƏZA: 24 yaşlı sürücü öldü

Millimiz Moldovaya QALİB GƏLDİ

Millimiz Moldovaya QALİB GƏLDİ

42 milyonluq səhifə bayrağımızı paylaşdı - VİDEO

42 milyonluq səhifə bayrağımızı paylaşdı - VİDEO

İlham Əliyev: “Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək”

İlham Əliyev: “Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək”

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ

Prezident: “Son 80 il ərzində Azərbaycan qədər mütləq qələbə qazanan ikinci ölkə olmayıb”

Prezident: “Son 80 il ərzində Azərbaycan qədər mütləq qələbə qazanan ikinci ölkə olmayıb”

İlham Əliyev: “İki ildən çoxdur ki, Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik”

İlham Əliyev: “İki ildən çoxdur ki, Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik”

Birinci Liqa: Lider rəqibini darmadağın etdi

Birinci Liqa: Lider rəqibini darmadağın etdi

Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb - FOTO/VİDEO

Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb - FOTO/VİDEO

Şəkidə şəhid Elnur İsmayılovun xatirəsi anıldı - FOTO

Şəkidə şəhid Elnur İsmayılovun xatirəsi anıldı - FOTO

İlham Əliyev: “Bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz”

İlham Əliyev: “Bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz”

Daha 26 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi

Daha 26 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi

Prezident və birinci xanım Xocavənd şəhərində görülmüş işlərlə tanış oldular - FOTO/VİDEO

Prezident və birinci xanım Xocavənd şəhərində görülmüş işlərlə tanış oldular - FOTO/VİDEO

“Qarabağ”ın hücumçusu Falkaonun rekordunu TƏKRARLADI

“Qarabağ”ın hücumçusu Falkaonun rekordunu TƏKRARLADI

İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub - FOTO/VİDEO

İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub - FOTO/VİDEO

“Düşünürdüm ki, sənət adamıyam, oğlumla gəlinimə mane olaram” - VİDEO

“Düşünürdüm ki, sənət adamıyam, oğlumla gəlinimə mane olaram” - VİDEO

Avstraliya Yaxın Şərqdəki diplomatlarını təxliyə etməyi PLANLAŞDIRIR

Avstraliya Yaxın Şərqdəki diplomatlarını təxliyə etməyi PLANLAŞDIRIR

Oğuzda 40 ağacı kəsənlərə cinayət işi AÇILDI - FOTO

Oğuzda 40 ağacı kəsənlərə cinayət işi AÇILDI - FOTO

Kürdəmirdə QƏZA: Avtomobillərə ziyan dəydi - FOTO

Kürdəmirdə QƏZA: Avtomobillərə ziyan dəydi - FOTO

End of content

No more pages to load

RADİO