Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı verdi.
Bizim.Media xəbər verir ki, mesaj təşkilatın sosial şəbəkə hesabında, üzv bütün ölkələrin dillərində paylaşılıb.
“Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il fevralın 25–dən 26-na keçən gecə azərbaycanlı mülki əhaliyə qarşı törədilən Xocalı soyqırımının 34-cü ildönümündə bu faciəvi hadisənin günahsız qurbanlarını dərin ehtiramla yad edir, onların əziz xatirələri qarşısında baş əyir, Azərbaycan Respublikası Hökuməti və qardaş Azərbaycan xalqı ilə sarsılmaz həmrəyliyimizi bir daha ifadə edirik”, - paylaşımda qeyd edilib.
Bizim.Media