KİV: “Azərbaycan Avropanın yeni enerji arxitekturasının əsas dayağıdır” – FOTO

Avropa İttifaqı Azərbaycanı Avropanın post-Rusiya dövründə formalaşan yeni enerji arxitekturasının əsas dayaqlarından biri kimi qiymətləndirir.

Bizim.Media xəbər verir ki, bu barədə Aleks Kimaninin “OilPrice” nəşrində dərc olunmuş məqaləsində bəhs edilir.

Müəllif qeyd edir ki, Rusiya qazından asılılığın azaldılması strategiyası çərçivəsində Brüssel Bakı ilə enerji əməkdaşlığını prioritet istiqamət kimi müəyyənləşdirib. Avropa Komissiyası 2027-ci ilə qədər Azərbaycandan qaz idxalının illik həcmini təxminən 20 milyard kubmetrədək artırmağı hədəfləyir. Bu, Aİ-nin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və təchizat mənbələrinin şaxələndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Azərbaycan qazı Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunur. Xəzər hövzəsindən başlayan bu strateji marşrut Gürcüstan və Türkiyə üzərindən Trans-Adriatik Boru Kəməri ilə İtaliya bazarına və digər Avropa ölkələrinə çıxış əldə edir. Nəticədə Azərbaycan qazı artıq İtaliya, Yunanıstan, Bolqarıstan və bir sıra digər dövlətlərin enerji balansında mühüm yer tutur.

Məqalədə vurğulanır ki, enerji əməkdaşlığı yalnız təbii qaz ixracı ilə məhdudlaşmır. Aİ və Azərbaycan arasında yaşıl enerji, xüsusilə külək və günəş enerjisi layihələri, eləcə də Qara dəniz vasitəsilə elektrik ötürülməsi təşəbbüsləri üzrə əməkdaşlıq da genişlənir. Bu, Avropanın uzunmüddətli enerji transformasiyası strategiyasına uyğun şəkildə həyata keçirilir.

Aleks Kimani qeyd edir ki, mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan Avropa üçün həm etibarlı tərəfdaş, həm də strateji enerji mərkəzi rolunu gücləndirir. Enerji marşrutlarının təhlükəsizliyi və sabit təchizat baxımından Bakı post-Rusiya dövründə formalaşan yeni enerji xəritəsində açar mövqedə qərarlaşır.

Qeyd edək ki, Avropa İttifaqının enerji siyasətində əsas prioritetlərdən biri təchizat risklərinin azaldılması və alternativ mənbələrin genişləndirilməsidir və bu kontekstdə Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeniyetmə anasını öldürdü, meyiti zirzəmidə gizlətdi

Yeniyetmə anasını öldürdü, meyiti zirzəmidə gizlətdi

Uşaq arabasında bir yaşlı körpənin meyiti tapıldı

Uşaq arabasında bir yaşlı körpənin meyiti tapıldı

Japarov baş nazirin müavinini və səhiyyə nazirini İŞDƏN ÇIXARDI

Japarov baş nazirin müavinini və səhiyyə nazirini İŞDƏN ÇIXARDI

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

Kirkorovun lüks mənzillərinə görə yarım milyondan çox borcu var – VİDEO

Kirkorovun lüks mənzillərinə görə yarım milyondan çox borcu var – VİDEO

Marketdən araq, kolbasa oğurladı - “Yeyib-içmək istəyirdim” dedi

Marketdən araq, kolbasa oğurladı - “Yeyib-içmək istəyirdim” dedi

Ruben Rubinyan: “Köçəryanın hakimiyyətə gəlişinin qarşısı alınmalıdır”

Ruben Rubinyan: “Köçəryanın hakimiyyətə gəlişinin qarşısı alınmalıdır”

Yumurta ucuzlaşacaq - BU TARİXDƏN

Yumurta ucuzlaşacaq - BU TARİXDƏN

“Nyukasl” “Qarabağ”la oyuna bu itkilərlə ÇIXACAQ

“Nyukasl” “Qarabağ”la oyuna bu itkilərlə ÇIXACAQ

Qubada 71 yaşlı kişinin meyiti TAPILDI

Qubada 71 yaşlı kişinin meyiti TAPILDI

Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edildi - FOTO

Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edildi - FOTO

İran kürdləri ABŞ tərəfdə döyüşəcək?

İran kürdləri ABŞ tərəfdə döyüşəcək?

Gürcüstan telekanalları Rusiya ilə bağlı sanksiyalara məruz qaldı

Gürcüstan telekanalları Rusiya ilə bağlı sanksiyalara məruz qaldı

Rövşanədən TƏNQİD: “Tiktokerin televiziyada nə işi var?!” - VİDEO

Rövşanədən TƏNQİD: “Tiktokerin televiziyada nə işi var?!” - VİDEO

Qadınlara XƏBƏRDARLIQ: Gözəllik üçün etdiyiniz bu prosedur xərçəng yarada bilər

Qadınlara XƏBƏRDARLIQ: Gözəllik üçün etdiyiniz bu prosedur xərçəng yarada bilər

Rusiya 10 Avropa ölkəsində hərbi bazaların yaxınlığında daşınmaz əmlak alır – MƏQSƏDİ NƏDİR?

Rusiya 10 Avropa ölkəsində hərbi bazaların yaxınlığında daşınmaz əmlak alır – MƏQSƏDİ NƏDİR?

Lətifə: "Bir müğənni yolumu kəsmək istəyir” – VİDEO

Lətifə: "Bir müğənni yolumu kəsmək istəyir” – VİDEO

Maliyyə Nazirliyi dövlət qurumlarında MONİTORİNQLƏR APARACAQ

Maliyyə Nazirliyi dövlət qurumlarında MONİTORİNQLƏR APARACAQ

Xocalı faciəsinin 34-ci İLDÖNÜMÜ – “Ana harayı” abidəsinin yerləşdiyi park YENİLƏNİR

Xocalı faciəsinin 34-ci İLDÖNÜMÜ – “Ana harayı” abidəsinin yerləşdiyi park YENİLƏNİR

Arif Əsədov: “Qarabağ” “Nyukasl”dan çox şey öyrənə bilər”

Arif Əsədov: “Qarabağ” “Nyukasl”dan çox şey öyrənə bilər”

Xəstəxanada bacarmadılar, FHN köməyə gəldi – VİDEO

Xəstəxanada bacarmadılar, FHN köməyə gəldi – VİDEO

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

ADY-də kart balansının artırılması ilə bağlı YENİLİK

ADY-də kart balansının artırılması ilə bağlı YENİLİK

Möhbalıyevin restoranında QALMAQAL: İcraçı direktor pulları kazinoda uduzdu

Möhbalıyevin restoranında QALMAQAL: İcraçı direktor pulları kazinoda uduzdu

End of content

No more pages to load

RADİO