Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirildi - FOTO

Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
 

Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslandığı və bütün sahələri əhatə etdiyi xüsusilə vurğulanıb.


İclasda Azərbaycan ilə İran arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, su, humanitar və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı müzakirə edilib.

Baş nazirin müavini Şahin Mustafayev çıxışında qeyd edib ki, Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur.
 

Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.


Eyni zamanda, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementi hesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi geniş müzakirə olunub.

Bildirilib ki, bu xəttin istifadəyə verilməsi Şimal-Cənub istiqamətində daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və çatdırılma müddətini qısaldacaq.
 

Həmçinin iki ölkənin birgə həyata keçirdiyi, xüsusilə də regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsinə, eləcə də enerji dayanıqlılığının təmin edilməsinə yönələn layihələrin icra vəziyyəti nəzərdən keçirilib.


İclasın yekununda həmsədrlər tərəfindən Komissiyanın iclasının nəticələrinə dair Anlaşma Memorandumu imzalanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Plastik əməliyyatdan sonra psixoloqa getdim"

"Plastik əməliyyatdan sonra psixoloqa getdim"

Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirildi - FOTO

Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirildi - FOTO

Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa TƏTBİQ OLUNDU

Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa TƏTBİQ OLUNDU

Dörd qidadan imtina edilməsi diabet riskini AZALDIR

Dörd qidadan imtina edilməsi diabet riskini AZALDIR

“Fənərbağça” öz meydanında xal itirdi

“Fənərbağça” öz meydanında xal itirdi

Fuat Oktay Azərbaycana gəlib - FOTO

Fuat Oktay Azərbaycana gəlib - FOTO

Bakıda bir qrup sakin lombard sahibi tərəfindən aldadıldıqlarını iddia edir - VİDEO

Bakıda bir qrup sakin lombard sahibi tərəfindən aldadıldıqlarını iddia edir - VİDEO

"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı

"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı

“Bu proqramları bağlayın, camaatın əsəbi ilə oynamaq olmaz!”

“Bu proqramları bağlayın, camaatın əsəbi ilə oynamaq olmaz!”

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

Bakıda məşhur restoranda tüstülənmə olub - FOTO/VİDEO

Bakıda məşhur restoranda tüstülənmə olub - FOTO/VİDEO

Mingəçevirdə əri tərəfindən bıçaqlanan qadının SON VƏZİYYƏTİ

Mingəçevirdə əri tərəfindən bıçaqlanan qadının SON VƏZİYYƏTİ

Rusiya Vaşinqton və onun müttəfiqlərinə ÇAĞIRIŞ ETDİ

Rusiya Vaşinqton və onun müttəfiqlərinə ÇAĞIRIŞ ETDİ

“Qarabağ” İngiltərəyə yola düşdü - FOTO

“Qarabağ” İngiltərəyə yola düşdü - FOTO

Sumqayıtda 17 yaşlı qız faciəvi şəkildə öldü

Sumqayıtda 17 yaşlı qız faciəvi şəkildə öldü

Rza Pəhləvi hərbçilərə ÇAĞIRIŞ ETDİ: “Xalqa qoşulun, həyatınızı xilas edin”

Rza Pəhləvi hərbçilərə ÇAĞIRIŞ ETDİ: “Xalqa qoşulun, həyatınızı xilas edin”

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Reklam adı ilə açıq-saçıq görüntü paylaşanlar cəzalandırılacaqlar? - VİDEO

Reklam adı ilə açıq-saçıq görüntü paylaşanlar cəzalandırılacaqlar? - VİDEO

Kişilərdə saç tökülməsinə SON: Yeni vasitə hazırlandı

Kişilərdə saç tökülməsinə SON: Yeni vasitə hazırlandı

Dibala vətəninə qayıdır

Dibala vətəninə qayıdır

Ukraynada yanacaqdoldurma məntəqəsində partlayış oldu, 7 polis xəsarət aldı - FOTO

Ukraynada yanacaqdoldurma məntəqəsində partlayış oldu, 7 polis xəsarət aldı - FOTO

Alim Qasımov Bakıda zavod açdı

Alim Qasımov Bakıda zavod açdı

Simeone “İnter”in baş məşqçisi olacaq?

Simeone “İnter”in baş məşqçisi olacaq?

Ramazanın altıncı gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın altıncı gününün iftar və imsak vaxtları - Günün DUASI

End of content

No more pages to load

RADİO