İlham Əliyev iranlı naziri qəbul etdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Fərzanə Sadiqin ötən il ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.
 

Dövlət başçısı bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.


İkitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb. Dövlət başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirib.

Azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edən Fərzanə Sadiq qəbula görə dövlət başçısına minnətdarlıq edib.

O, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb və vurğulayıb ki, İran Prezidenti Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.

Fərzanə Sadiq ölkələrimiz arasında tarixi, dini və mədəni əlaqələrin mövcud olduğunu vurğulayıb.

Söhbət zamanı Bakıda keçiriləcək “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının əhəmiyyətinə toxunulub, Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə BAXILACAQ

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə BAXILACAQ

Bayram tonqalı ilə bağlı XƏBƏRDARLIQ– VİDEO

Bayram tonqalı ilə bağlı XƏBƏRDARLIQ– VİDEO

Mahir Aslanov Türkiyədə VƏFAT ETDİ

Mahir Aslanov Türkiyədə VƏFAT ETDİ

ABŞ İrana mümkün hərbi əməliyyat hazırlığını başa çatdırıb – İsrail mətbuatı

ABŞ İrana mümkün hərbi əməliyyat hazırlığını başa çatdırıb – İsrail mətbuatı

Şəki sakininin 6 otaqlı evi əşyaları ilə birgə yandı – FOTO

Şəki sakininin 6 otaqlı evi əşyaları ilə birgə yandı – FOTO

Dünya bazarlarında neft bahalaşır

Dünya bazarlarında neft bahalaşır

Prokurorluğun əməkdaşı VƏFAT ETDİ - ÖZƏL

Prokurorluğun əməkdaşı VƏFAT ETDİ - ÖZƏL

Moskvada yol polisinin avtomobili partladıldı: ÖLƏN VAR – FOTO/VİDEO

Moskvada yol polisinin avtomobili partladıldı: ÖLƏN VAR – FOTO/VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Serbiyada Vuçiçə qarşı sui-qəsd – 2 nəfər TUTULDU

Serbiyada Vuçiçə qarşı sui-qəsd – 2 nəfər TUTULDU

Qızılın qiyməti 5,2 min dolları ötdü

Qızılın qiyməti 5,2 min dolları ötdü

"Qarabağ" bu gecə "Nyukasl Yunayted"in qonağı olur

"Qarabağ" bu gecə "Nyukasl Yunayted"in qonağı olur

Yadplanetlilər Yerə 2027-ci ilə qədər vaxt verib - Kosmonavtın qeydləri tükürpədicidir

Yadplanetlilər Yerə 2027-ci ilə qədər vaxt verib - Kosmonavtın qeydləri tükürpədicidir

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ – Bu yolla çıxarış ala BİLƏRSİNİZ

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ – Bu yolla çıxarış ala BİLƏRSİNİZ

Türkiyənin ən varlılarının siyahısı açıqlandı - Biri Bayraktardır

Türkiyənin ən varlılarının siyahısı açıqlandı - Biri Bayraktardır

Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək

Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək

“Teşkilat”dan ayrılmasının səbəbini ilk dəfə açıqladı

“Teşkilat”dan ayrılmasının səbəbini ilk dəfə açıqladı

Ölkədə problemli və çətin tapılan qan qrupları açıqlandı

Ölkədə problemli və çətin tapılan qan qrupları açıqlandı

Yağış intensivləşəcək, qar yağacaq - PROQNOZ

Yağış intensivləşəcək, qar yağacaq - PROQNOZ

Britaniyanın ABŞ-dakı keçmiş səfiri saxlanıldı

Britaniyanın ABŞ-dakı keçmiş səfiri saxlanıldı

Abşeronda gənci məhəllədə arvadını öpdüyü üçün bıçaqladılar - "Ana-bacımız var..."

Abşeronda gənci məhəllədə arvadını öpdüyü üçün bıçaqladılar - "Ana-bacımız var..."

Sosial şəbəkələrdə surroqat ana "OVU” – Onları hansı cəza gözləyir? – FOTOFAKT

Sosial şəbəkələrdə surroqat ana "OVU” – Onları hansı cəza gözləyir? – FOTOFAKT

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sülh Şurasının saytı istifadəyə verildi

Sülh Şurasının saytı istifadəyə verildi

End of content

No more pages to load

RADİO