Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılıb:
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi" və "Geoloji Kəşfiyyat Agentliyi" publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi";
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi" publik hüquqi şəxsin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi";
- Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin və "Aqrar Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxsin əsasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi";
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" və "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxslərin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu".
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, "Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu" publik hüquqi şəxsin, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əsasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri İnstitutu"nun və "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun yaradılmasını təmin etməlidir.
Bizim.Media