Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslər yenidən təşkil ediləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanında əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində aşağıdakı qurumlar:
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə;
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Bizim.Media