Vaşinqtonda dövlətimizin başçısı İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan lideri Kasım-Jomart Tokayev bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, liderlər Vaşinqtonda Sülh Şurasının ilk iclası çərçivəsində ayaqüstü söhbətləşiblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Donald Trampın dəvəti ilə ABŞ-da işgüzar səfərdədir. Dövlətimizin başçısı Sülh Şurasının ilk iclasında iştirak edəcək.
Bizim.Media