“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

Fevralın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, komitə sədri Sadiq Qurbanov gündəliyə bir məsələnin - “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini diqqətə çatdırıb.

Komitə sədri, əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan söz açıb.

O qeyd edib ki, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Bildirilib ki, həyata keçirilən uğurlu diplomatik fəaliyyət nəticəsində beynəlxalq arenada mövqeyimiz daha da möhkəmlənib, bir sıra mühüm strateji tərəfdaşlıqlar qurulub. Komitə sədri bu nailiyyətlərin ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, investisiya mühitinin daha da güclənməsinə müsbət təsirlərini vurğulayıb.
 

İclasda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir İdayətov layihə ilə bağlı ətraflı məlumat verib. O, layihənin “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən hazırlandığını deyib.


Agentliyin sədri layihədə təklif olunan dəyişikliklərin əsas istiqamətlərindən bəhs edib. Bildirilib ki, sənəddə su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin, habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil edilir. Digər istiqamət yer təkindən istifadə sahəsində bir sıra qaydaların hüquqi əsasının yaradılması ilə bağlıdır. Qeyd olunub ki, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar qəbul ediləcək.

Eyni zamanda, layihədə yer təki istifadəçiləri tərəfindən istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması və dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə qaydalarının müəyyən edilməsi təsbit olunub.

Gündəlikdəki məsələlərin müzakirəsində deputatlar çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Samir İdayətov deputatların suallarını cavablandırandan sonra qanun layihəsi baxılmaq üçün birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

End of content

No more pages to load

RADİO