Fransız müxbirin erməni separatçıları ilə bağlı sualına Prezidentdən TARİXİ CAVAB – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibə verib. Müsahibə zamanı müxbir Bakı Hərbi Məhkəməsində barəsində hökm oxunan Ermənistan vətəndaşları ilə bağlı Dövlətimizin başçısına suallar ünvanlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin “France 24” telekanalına müsahibəsinin TAM MƏTNİ - FOTO


Bizim.Media həmin dialoqu təqdim edir:

Müxbir: Ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ Vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olunması məqsədilə Sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi.

O, bunu edibmi və Siz bunu edəcəksinizmi?

Prezident İlham Əliyev: Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik.
 

Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər.


Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.

Müxbir: Cənab Prezident, bəs Siz bununla bağlı nə isə edə bilərsinizmi?

Prezident İlham Əliyev: Siz nəyi nəzərdə tutursunuz?

Müxbir: Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir.

Prezident İlham Əliyev: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.

Müxbir: Bu, Sizin üçün eyni şeydir?

Prezident İlham Əliyev: Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəilabadda sel təhlükəsi – FOTO

Cəilabadda sel təhlükəsi – FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

Ağlayaraq efirdən GETDİ – VİDEO

Ağlayaraq efirdən GETDİ – VİDEO

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

End of content

No more pages to load

RADİO