“ABŞ Prezidentinin şəxsi salamlarını Sizə və Azərbaycan xalqına çatdırıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası İMZALANDI
O bildirib ki, ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər:
“Bəlkə də çoxları bilmir, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Əməliyyatları çətin şəraitdə apardıq və həmin vaxt nüfuzu qoruyub saxlaya bildik”.
Bizim.Media