İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO

Fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə geniş tərkibdə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

Hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam.

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmək bizim üçün böyük şərəfdir. Biz elə indicə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, həmçinin regional inkişafı müzakirə etdik. İndi biz daha geniş kontekstdə dialoqumuzu davam etdirəcəyik.

Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq.
 

Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir.


Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, səfər bizim güclü əməkdaşlığımıza daha bir töhfə olacaq. Bir daha xoş gəlmisiniz.

Vitse-prezident Cey. Di. Vens dedi: Çox gözəl. Prezident Əliyev, bizi qəbul etdiyinizə görə Sizə və Sizin komandanıza təşəkkür edirəm. Burada ABŞ Hökumətinin ən parlaq nümayəndələrindən bəziləri əyləşib. Prezidentimiz Sizə öz salamlarını, xoş arzularını çatdırır və tərəfdaşlığınız üçün Sizə minnətdardır. Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır. Bilirəm ki, Prezident Tramp bununla çox qürur duyur, çünki o, Sizin ölkənizə, həm də Ermənistana heyrandır. Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram.

Bilirəm ki, o, aranızdakı tərəfdaşlığa və dostluğa, rəhbər heyətlər və administrasiyalarımız arasında münasibətlərə görə çox minnətdardır. Burada olmaq çox xoşdur. Düşünürəm ki, bizim çox maraqlı söhbətlərimiz olacaq. Əlbəttə ki, biz Strateji Tərəfdaşlıq Xartiyasını imzalayacağıq və mən bunu səbirsizliklə gözləyirəm.

Bu, ötən il bir çox nailiyyətləri olan dostlar arasında baş tutan yaxşı bir görüşdür və hesab edirəm ki, növbəti üç ildə biz daha çox nailiyyət qazanacağıq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

x x x

ABŞ-ın Vitse-prezidenti sülh gündəliyinin irəli aparılmasında Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderliyi vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu.
 

Cey. Di. Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğuladı.


Söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pendirin daha ləzzətli olması üçün onu bu materiala BÜKÜN

Pendirin daha ləzzətli olması üçün onu bu materiala BÜKÜN

Brilliant Dadaşova: “Elza, bizi bağışla!” - VİDEO

Brilliant Dadaşova: “Elza, bizi bağışla!” - VİDEO

"Nəriman komandamıza yeni nəfəs gətirəcək" - "Kolumbus Kru" rəsmisi

"Nəriman komandamıza yeni nəfəs gətirəcək" - "Kolumbus Kru" rəsmisi

Bahalı qarderob otağını paylaşan Aysun TƏNQİD OLUNDU - VİDEO

Bahalı qarderob otağını paylaşan Aysun TƏNQİD OLUNDU - VİDEO

Alena Əliyeva Gəncə Autizm Mərkəzindən paylaşım etdi - FOTO

Alena Əliyeva Gəncə Autizm Mərkəzindən paylaşım etdi - FOTO

Paşinyan: “Azərbaycan erməni məhsullarının öz ərazisindən üçüncü ölkələrə ixracına icazə verib”

Paşinyan: “Azərbaycan erməni məhsullarının öz ərazisindən üçüncü ölkələrə ixracına icazə verib”

Ərinin qətlini sifariş etməkdə ittiham olunan qadın apellyasiya ŞİKAYƏTİ VERDİ

Ərinin qətlini sifariş etməkdə ittiham olunan qadın apellyasiya ŞİKAYƏTİ VERDİ

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

Tramp İrana XƏBƏRDARLIQ ETDİ: “Danışıqların iflası müharibəyə gətirib çıxara bilər”

Tramp İrana XƏBƏRDARLIQ ETDİ: “Danışıqların iflası müharibəyə gətirib çıxara bilər”

Sabiq rəis HƏBS OLUNDU

Sabiq rəis HƏBS OLUNDU

“Everton”da CİDDİ İTKİ

“Everton”da CİDDİ İTKİ

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı GENİŞLƏNDİRİR

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı GENİŞLƏNDİRİR

Ağdaşda QƏZA: Dörd nəfər xəsarət aldı

Ağdaşda QƏZA: Dörd nəfər xəsarət aldı

Vensin Bakı aeroportunda çəkilən BU FOTOSU dünya mediasının GÜNDƏMİNDƏ

Vensin Bakı aeroportunda çəkilən BU FOTOSU dünya mediasının GÜNDƏMİNDƏ

ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Könül Kərimovadan Zaura TƏNQİD: “Aparıcı olsaydım, buna icazə verməzdim” - VİDEO

Könül Kərimovadan Zaura TƏNQİD: “Aparıcı olsaydım, buna icazə verməzdim” - VİDEO

Alena Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Alena Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına DAXİL EDİLDİ - FOTO

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına DAXİL EDİLDİ - FOTO

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

End of content

No more pages to load

RADİO