“Hazırda biz Ermənistana bütün tranzit yüklərə məhdudiyyətləri aradan qaldırmışıq. Çünki Ermənistanın etibarlı daşımalar, əlaqə marşrutları yoxdur və beləliklə, Azərbaycan tranziti onlar üçün çox əhəmiyyətlidir”.
MÖVZU İLƏ BAĞLI:
"META" və "Apple"in rəhbər şəxsləri İlham Əliyevin qəbuluna gəldilər - FOTO/VİDEO
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
“Biz əməkdaşlığın ilk elementlərini qurmaq üçün Ermənistana neft məhsullarını təchiz etməyə başladıq”, - ölkə başçısı deyib.
Bizim.Media