Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerikanın Əsas Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Konfransın sədri Betsi Berns Korn rəhbərlik edir.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-ABŞ, eləcə də Azərbaycan-İsrail münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq məsələləri, eləcə də regional vəziyyət müzakirə olunub.
 
Görüşdə, xüsusilə 8 avqust Vaşinqton Zirvə Görüşü nəticəsində bölgəmizdə son inkişaflar, Azərbaycan-Ermənistan normallaşma prosesi, regional bağlantılar və TRIPP marşrutunun reallaşması səyləri, post-münaqişə dövründə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları məmnunluqla vurğulanıb.

Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erməni idmançıların təxribatının qarşısı alındı

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq”

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

“Xarici agentlərin” videolarına “like” qoyan izləyicilər CƏRİMƏLƏNİR

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

End of content

No more pages to load

RADİO