“Azərbaycan ilə Ermənistan arasında sülh və əməkdaşlıq bu mirasa yeni məzmun qatır, onun regionun hüdudlarından çox uzaqda olan aktuallığını nümayiş etdirir. Bu, həmçinin beynəlxalq münasibətlərin səmərəli aləti kimi diplomatiyaya etimadı gücləndirib”.
Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO
“Hörmətli Prezident Əliyev, hörmətli Baş nazir Paşinyan.
Sizin sülhə güclü sadiqliyiniz milyonlarla insana ümid verdi və mehriban qonşuluq əlaqələrinin, sabitliyin beynəlxalq münasibətlərin ən ali dəyərləri olması ilə bağlı dünya ictimaiyyətinə aydın siqnal göndərdi. Hər ikiniz böyük müdriklik və dərin baxış nümayiş etdirdiniz.
Əminəm ki, balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırılabilən gələcək qura bilərik”, - Tokayev deyib.
Bizim.Media