İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident Birləşmiş Ərəb Əmirliklərində səfərdədir – FOTO


Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edildi.

Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunuldu, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik bildirildi və bunun gələcəkdə də davam etdirilməsinin önəmi vurğulandı.

Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcək təmaslara dair fikir mübadiləsi apardılar.

Sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı.


Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildirdilər.

Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edildi.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səidə Bəkirqızından Akif Nağıya CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

“İsrail istənilən ssenariyə hazırdır” - Netanyahu

“İsrail istənilən ssenariyə hazırdır” - Netanyahu

Yuxuda qışqırır və ya gülürsünüzsə BU XƏSTƏLİK riskiniz var

Yuxuda qışqırır və ya gülürsünüzsə BU XƏSTƏLİK riskiniz var

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

Atletlər kəndində inklüziv mərkəz yaradılacaq - FOTO

Atletlər kəndində inklüziv mərkəz yaradılacaq - FOTO

“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov DANIŞDI

“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov DANIŞDI

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

DÇ-2026-ya görə "Yuventus"un təklifini geri çevirdi

DÇ-2026-ya görə "Yuventus"un təklifini geri çevirdi

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər SAXLANILDI

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər SAXLANILDI

“Mən də infarkt keçirə bilərdim” - VİDEO

“Mən də infarkt keçirə bilərdim” - VİDEO

İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

Britaniya İranın daxili işlər nazirini “qara siyahı”ya SALDI

Britaniya İranın daxili işlər nazirini “qara siyahı”ya SALDI

Zaur hüquq-mühafizə orqanlarına SƏSLƏNDİ - "TikTok-a nəzarət edilsin" - VİDEO

Zaur hüquq-mühafizə orqanlarına SƏSLƏNDİ - "TikTok-a nəzarət edilsin" - VİDEO

“Marinera” tankerindən azad edilən ukraynalı dənizçilər vətənə qayıtmaqdan İMTİNA ETDİLƏR

“Marinera” tankerindən azad edilən ukraynalı dənizçilər vətənə qayıtmaqdan İMTİNA ETDİLƏR

Bu da “Qarabağ”ın qış transferi - Rəsmi

Bu da “Qarabağ”ın qış transferi - Rəsmi

Tiktoker “Velizar” HƏBS EDİLDİ

Tiktoker “Velizar” HƏBS EDİLDİ

Sabah Binəqədinin bir hissəsində QAZ OLMAYACAQ

Sabah Binəqədinin bir hissəsində QAZ OLMAYACAQ

Hər bürc üçün həftənin ƏN YAXŞI günü

Hər bürc üçün həftənin ƏN YAXŞI günü

Babasının vəfatı günündə mükafat XƏBƏRİ - Qusarlı gəncin UĞURU - VİDEO

Babasının vəfatı günündə mükafat XƏBƏRİ - Qusarlı gəncin UĞURU - VİDEO

"Əl-Nəsr" Ronaldosuz meydana çıxacaq

"Əl-Nəsr" Ronaldosuz meydana çıxacaq

Prezident BƏƏ-də belə qarşılandı - VİDEO

Prezident BƏƏ-də belə qarşılandı - VİDEO

End of content

No more pages to load

RADİO