Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verir. IUCN-in ötən il Əbu-Dabidə keçirilən Ümumdünya Mühafizə Konqresində təqdim olunmuş birgə pavilyon və bir sıra digər layihələrə toxunan görüş iştirakçıları qazanılan müsbət təcrübəni qeyd edərək, qarşılıqlı əməkdaşlığın uğurla davam edəcəyinə inandıqlarını ifadə ediblər.

Həmçinin görüş çərçivəsində Azərbaycanda IUCN ilə yüksəksəviyyəli regional dialoqun təşkili, beynəlxalq tədbirlər çərçivəsində birgə iştirak, o cümlədən Dünya Şəhərsalma Forumu (WUF13), Ümumdünya Ətraf Mühit Günü və COP31 çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün yekununda IUCN-in Azərbaycanda ölkə ofisinin açılması istiqamətində fəaliyyətlərin, eləcə də əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutan Niyyət Bəyannaməsi imzalanıb.

Tərəflər aparılan müzakirələri IDEA İctimai Birliyi ilə IUCN arasında uzunmüddətli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi dəyərləndiriblər.
 

Qeyd edək ki, 1948-ci ildən etibarən fəaliyyət göstərən IUCN ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də dayanıqlı inkişaf sahəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biridir.


IUCN 1964-cü ildə nəsli kəsilmək təhlükəsi altında olan canlı və bitki növlərinin vəziyyətini əks etdirən Qırmızı Kitabı yaradaraq qlobal səviyyədə ekoloji qiymətləndirmə və qərarvermə proseslərinə mühüm töhfə verib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO