Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.
Məlumata görə, muzey Çinin müasir inkişafını formalaşdıran tarixi məqamlar və idarəetmə təcrübəsi haqqında dəyərli məlumat təqdim edir.
Nazir Qonaq Kitabında öz təşəkkür sözlərini yazaraq Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.





Bizim.Media