Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
MÖVZU İLƏ BAĞLI:
Sahibə Qafarova Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşdü - FOTO
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al Musalam imzalayıblar.
S.Qafarova Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd edilib ki, bu sənəd parlamentlərarası əlaqələrin yeni mərhələyə yüksəlməsinə, o cümlədən parlament komitələri, dostluq qrupları, parlament aparatları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
Bizim.Media