80 il sonra formalaşan QLOBAL REALLIQLAR - Gücün hakim olduğu yeni DÜNYA DÜZƏNİ

Davos 2026 Forumu yalnız dünya iqtisadiyyatının gələcəyi baxımından deyil, həm də qlobal geosiyasi strukturun transformasiyası baxımından mühüm bəyanatlarla yadda qaldı. Forumdan öncə açıqlanan Qlobal Risk Hesabatı da göstərirdi ki, beynəlxalq münasibətlərin vəziyyəti "soyuqlamış, hərarəti qalxmış və virusa yoluxmuş" formadadır.

Bu ilki forumu artıq indidən 1946-cı ilin Fulton və 2007-ci ilin Münxen sammitləri ilə müqayisə etmək olar:

1946-cı ildə  Fultonda Çörçillin çıxışı ilə Qərblə SSRİ arasında 45 il davam edən Soyuq müharibənin təməli qoyuldu.

2007-ci ildə  Münxendə Rusiya Prezidenti Vladimir Putinin çıxışı ilə Qərb-Rusiya gərginliyinin yeni mərhələsi başladı.

2026-cı ildə Davos orta güclərin beynəlxalq münasibətlər sisteminə subyekt kimi daxil olduğu yeni dünya düzəninin başlanğıcı. 

Davos zirvəsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistan kimi ölkələrin artıq "orta güc" olduqlarını rəsmən təsdiqlədi.

Bu ölkələr beynəlxalq münasibətlərin obyekti olmaqdan çıxıb, qərarverici subyektinə transformasiya oldular.

Almaniya Kanslerinin çıxışı Avropanın yeni düzəndə Berlin mərkəzli təmsil olunacağının mesajı idi. Kansler son 30 ildə beynəlxalq hüquqa əsaslanan nizamın qüsurlu olduğunu və təməl sütunlarının sarsıldığını etiraf etdi. Yeni sistemin sərt gücə əsaslanacağını bildirən Almaniya, özünü Rusiya, Çin və ABŞ-dan sonra növbəti qlobal güc mərkəzi kimi təqdim etdi.

Almaniyanın Kansleri: "Biz heç vaxt bir şeyi unutmamalıyıq: yalnız gücə əsaslanan dünya təhlükəli dünyadır. İlk növbədə kiçik dövlətlər üçün, orta dövlətlər üçün və o cümlədən böyük dövlətlər üçün təhlükəlidir. Mən bunu ağır qəlblə deyirəm. XX əsrdə mənim ölkəm Almaniya bu acını son damlasına qədər daddı. Almaniya bu dünyanı dərin bir uçuruma yuvarlatdı". 

Almaniya kansleri etik normalarla məhdudlaşdırılmayan gücün fəlakət gətirəcəyini etiraf etdi.

Almaniya Kanslerinin bu tezisi əslində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif tribunalardan səsləndirilib. Dövlət başçısı yerli mediaya müsahibəsində qeyd etmişdi:

"Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var... Heç bir ölkə nahaq iş görməməli, digərinin ərazi bütövlüyünə göz dikməməlidir".

Davos 2026 göstərdi ki, dünyanın "güclünün hüququ" dövrünə qədəm qoyduğu bir zamanda, İlham Əliyevin müəyyənləşdirdiyi bu düstur sağ qalmaq və tarix yazmaq istəyən dövlətlər üçün əsas mayak rolunu oynayacaq.

Aqil Məmmədov, politoloq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO