Astaraçay üzərində inşa ediləcək körpü strateji xarakter daşıyır və regionun tranzit xəritəsini dayişəcək.
Bizim.Media xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi “Twitter” hesabında yazıb.
O bildirib ki, bu körpü İran və Azərbaycanı Rusiya, Cənubi Qafqaz və Şərqi Avropa ilə nəqliyyat baxımından birləşdirəcək.
Azərbaycan Respublikası ilə İranın tranzit imkanlarını, idxal-ixrac əməliyyatlarını və ticarət dövriyyəsini artıracaq.
İranlı nazir onu da nəzərə çatdırıb ki, İran tranzit nəqliyyat dəhlizlərindən istifadə edəcək və ölkəsinə qarşı heç bir məhdudiyyət tətbiq olunmayacaq.
Bizim.Media