Trampdan İlham Əliyevə MƏKTUB - "Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm" - FOTO

“Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram”.

Bizim.Media xəbər verir ki, bu sözlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda yer alıb.

Donald Tramp məktubunda 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdiyini xatırladıb və əlavə edib:

“Bu, Ərəb dünyası, İsrail və Avropa da daxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul edilən 20 bəndlik fövqəladə yol xəritəsidir. Həmin planın davamı olaraq, noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2803 saylı qətnaməni böyük səs çoxluğu ilə qəbul edərək, bu baxışı alqışladı və dəstəklədi.

İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır. Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticəyönlü Sülh Şurası dayanır. Bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək.

Bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillər üçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayə yatıranlara nəsib olan bir şərəfi - daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya Liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik.
 

Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu Şura bənzərsiz bir qurum olacaq - indiyədək buna oxşar heç bir qurum mövcud olmayıb! Hər bir üzv dövlət onun adından iclaslarda iştirak etmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edə bilər. Əlavədə əhatəli plan və hazırda imzalanma və ratifikasiya üçün açıq olan Şuranın Nizamnaməsi təqdim olunur.


Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO