İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul etdi - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.

Bizim.Media həmin görüşdən hazırlanan materialı təqdim edir.

Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini deyiblər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulayıblar.
 

Qeyd olunub ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirilib.


“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirilib.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.

Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.
 

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel: Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik.


“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki: Düşünürəm ki, sülh və sabitlik çox zəruridir. Fikrimcə, baxışlarınız və rəhbərlik keyfiyyətləriniz çox yüksək dəyərləndirilir. Münsiflər heyətinin üzvü kimi Sizi təbrik etmək istəyirəm və görüşümüzdə iştirak etmək üçün razılıq verdiyinizə, bütün dünyaya və region xalqlarına sülhün və cəsarətin nədən ibarət olduğunu göstərdiyinizə görə minnətdaram. Qeyd etdiyiniz kimi, son vaxtlara qədər qətl və qan tökülməsi müşahidə olunurdu. Lakin indi irəliyə doğru getmək, sülhü və sabitliyi bərqərar etmək cəsarətini nümayiş etdirdiniz. Zati-aliləri, təbrik edirəm.

x x x

Xoş sözlərə və dəvətə, həmçinin regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin yüksək qiymətləndirilməsinə görə münsiflər heyətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdiyini vurğulayıb.

Sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunan Prezident İlham Əliyev deyib ki, işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib. Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev: “Sizin də düzgün qeyd etdiyiniz kimi, sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük”.

Dövlətimizin başçısı cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğulayıb ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev: “Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz”.
 

“Zayed İnsan Qardaşlığı Mükafatı”ndan danışan dövlətimizin başçısı bildirdi ki, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinə dünyada böyük rəğbət bəslənilir. Prezident İlham Əliyev, eyni zamanda, onun xələfi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla qardaşlıq münasibətlərinin olduğunu qeyd edib. Bu xüsusda dövlətimizin başçısı mükafata layiq görülməsinin onun üçün ikiqat şərəf olduğunu deyib. Prezident İlham Əliyev regionda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlərə göstərdikləri dəstəyə və onun fəaliyyətinə verdikləri qiymətə görə, həmçinin Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxinə və Roma Papasına minnətdarlığını çatdırmağı xahiş edib.


Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yüklər dəniz yolu ilə Bakıya 20 günə çatdırılacaq – İLK DƏFƏ

Yüklər dəniz yolu ilə Bakıya 20 günə çatdırılacaq – İLK DƏFƏ

Havanın isinəcəyi tarix AÇIQLANDI — RƏSMİ

Havanın isinəcəyi tarix AÇIQLANDI — RƏSMİ

Rusiya klubu türkiyəli məşqçi ilə yollarını ayırdı

Rusiya klubu türkiyəli məşqçi ilə yollarını ayırdı

QALMAQAL: Niyaməddin Musayevin qızı Qumralın ifasına İCAZƏ VERMƏDİ - VİDEO

QALMAQAL: Niyaməddin Musayevin qızı Qumralın ifasına İCAZƏ VERMƏDİ - VİDEO

Xankəndi şəhərinə İLK KÖÇ - 162 nəfər doğma yurduna QAYITDI – FOTO/VİDEO

Xankəndi şəhərinə İLK KÖÇ - 162 nəfər doğma yurduna QAYITDI – FOTO/VİDEO

Milli-mənəvi dəyərlər ÇƏRÇİVƏSİ - Hansı paylaşımlara görə cərimə tətbiq ediləcək?

Milli-mənəvi dəyərlər ÇƏRÇİVƏSİ - Hansı paylaşımlara görə cərimə tətbiq ediləcək?

Azərbaycan Sülh Şurasının təsisçi üzvü KİMİ – Qlobal təhlükəsizlik çağırışları fonunda ölkəmizin ARTAN ROLU

Azərbaycan Sülh Şurasının təsisçi üzvü KİMİ – Qlobal təhlükəsizlik çağırışları fonunda ölkəmizin ARTAN ROLU

Niyaməddin Musayev: "Mən bəstələdiyim mahnını satmıram, ayıbdır"

Niyaməddin Musayev: "Mən bəstələdiyim mahnını satmıram, ayıbdır"

İşləyən pensiyaçıların NƏZƏRİNƏ – Hər 4 ildən bir...

İşləyən pensiyaçıların NƏZƏRİNƏ – Hər 4 ildən bir...

Prezidentin məşhur şirkətin direktoru ilə səmimi dialoqu – VİDEO

Prezidentin məşhur şirkətin direktoru ilə səmimi dialoqu – VİDEO

Dünya onlardan danışır! - "Kərtənkələ Ailəsi” qısa müddətə fenomen oldu

Dünya onlardan danışır! - "Kərtənkələ Ailəsi” qısa müddətə fenomen oldu

"Kuruluş Osman"ın aktrisası yeni serialda - Foto

"Kuruluş Osman"ın aktrisası yeni serialda - Foto

Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO

Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO

Renat Dadaşov “Zirə”yə KEÇİR?

Renat Dadaşov “Zirə”yə KEÇİR?

Bütün kəndi ayağa qaldıran hadisə: gecə yarısı traktorlarla axtarışa çıxdılar - VİDEO

Bütün kəndi ayağa qaldıran hadisə: gecə yarısı traktorlarla axtarışa çıxdılar - VİDEO

Moldovanın MDB-dən çıxmaq qərarına Zaxarovadan REAKSİYA

Moldovanın MDB-dən çıxmaq qərarına Zaxarovadan REAKSİYA

Minimum əməkhaqqı ilə bağlı YENİLİK

Minimum əməkhaqqı ilə bağlı YENİLİK

Günel Nəbiyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Günel Nəbiyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabah Bakının bu ərazilərində SU olmayacaq

Sabah Bakının bu ərazilərində SU olmayacaq

Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürüb? – VİDEO

Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürüb? – VİDEO

Şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın HAVASI

Şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın HAVASI

Əməkdar artist ad günündə yığılan məbləği AÇIQLADI - VİDEO

Əməkdar artist ad günündə yığılan məbləği AÇIQLADI - VİDEO

Dərnəgüldə yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir - VİDEO

Dərnəgüldə yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir - VİDEO

Bakı-Şamaxı yolunda yük maşını avtomobillərə çırpıldı – VİDEO

Bakı-Şamaxı yolunda yük maşını avtomobillərə çırpıldı – VİDEO

End of content

No more pages to load

RADİO