İlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasının açılışında iştirak edib.

Bizim.Media Prezidentin Mətbuat Xidmətinə istinadən bildirir ki, "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirib ki, "Sumqayıt", "Qobu", "Xaçmaz" elektrik stansiyaları ilə birbaşa, "Azərbaycan" İstilik Elektrik Stansiyası və "Cənub" Elektrik Stansiyası ilə isə "Abşeron" yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən çox mühüm strateji funksiyanı üzərinə götürən "Yaşma" qovşaq yarımstansiyasının "Qobu" Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni "Yaşma" Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. 

Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən "Yaşma" yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub.
Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb.

"Qobu" Elektrik Stansiyasından "Yaşma" yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhid oğluna yüksək vəzifə VERİLDİ – FOTO

Şəhid oğluna yüksək vəzifə VERİLDİ – FOTO

Pulu özünə çəkən bürclər - Varlanmaq növbəsi onlarındır

Pulu özünə çəkən bürclər - Varlanmaq növbəsi onlarındır

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycanda bəzi ailələrə PULSUZ ÜÇOTAQLI EV PAYLANACAQ

Azərbaycanda bəzi ailələrə PULSUZ ÜÇOTAQLI EV PAYLANACAQ

Bakıda icazə verilməyən yerlərdə maşın saxlayan sürücülər sıxlıq yaratdı – VİDEO

Bakıda icazə verilməyən yerlərdə maşın saxlayan sürücülər sıxlıq yaratdı – VİDEO

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Zərgərlik mağazasını soyub, uzunqulaqla qaçmağa çalışdı – ANBAAN VİDEO

Zərgərlik mağazasını soyub, uzunqulaqla qaçmağa çalışdı – ANBAAN VİDEO

Sosial şəbəkələrdən "sehrli qələm" alan abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO

Sosial şəbəkələrdən "sehrli qələm" alan abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO

Bu toy görüntüləri viral oldu - Video

Bu toy görüntüləri viral oldu - Video

Alqı-satqı əməliyyatları ilə bağlı XƏBƏRDARLIQ – Notariusda bu məlumatlar verilməsə...

Alqı-satqı əməliyyatları ilə bağlı XƏBƏRDARLIQ – Notariusda bu məlumatlar verilməsə...

Mavi işıq tələsi: gecə telefonuna baxanları nə gözləyir?

Mavi işıq tələsi: gecə telefonuna baxanları nə gözləyir?

Hamamda yıxılmışdı, 10 gün sonra DÜNYASINI DƏYİŞDİ

Hamamda yıxılmışdı, 10 gün sonra DÜNYASINI DƏYİŞDİ

Əhali sayının 10 milyonu keçməsinə “stop” qoyacaqlar

Əhali sayının 10 milyonu keçməsinə “stop” qoyacaqlar

Bu xanım 32 ildir yüksək vəzifədədir - FOTO

Bu xanım 32 ildir yüksək vəzifədədir - FOTO

"Əyri ayaq, çəpgöz kişiləri XOŞLAYIRAM"

"Əyri ayaq, çəpgöz kişiləri XOŞLAYIRAM"

Uşaqlar üçün gedişhaqqı MÜƏMMASI – Beş, yoxsa altı yaşdan sonra ÖDƏNMƏLİDİR?

Uşaqlar üçün gedişhaqqı MÜƏMMASI – Beş, yoxsa altı yaşdan sonra ÖDƏNMƏLİDİR?

Bakıda yaşayış binasında güclü yanğın - Sakinlər belə təxliyə edildi – VİDEO

Bakıda yaşayış binasında güclü yanğın - Sakinlər belə təxliyə edildi – VİDEO

BİZİM TƏQVİM: 13 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 13 fevralda baş vermiş tarixi hadisələr

Benzemaya görə matçlara çıxa bilməyəcəklər

Benzemaya görə matçlara çıxa bilməyəcəklər

Maska geyinib qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı

Maska geyinib qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Sterlinqin yeni klubu BİLİNDİ

Sterlinqin yeni klubu BİLİNDİ

Eyni pəhriz, fərqli nəticələr

Eyni pəhriz, fərqli nəticələr

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

End of content

No more pages to load

RADİO