“Azərbaycan ilə Çexiya Respublikası arasında bizim ən pozitiv və perspektivli planlarımız var. Artıq sabah Azərbaycan Prezidentinin Çexiya Respublikasının baş naziri də daxil olmaqla rəsmi şəxslərlə görüşü keçiriləcək”.
Bizim.Media xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, bu onların ilk danışıqları olacaq. Bu görüş zamanı baş nazirin Azərbaycana rəsmi səfəri də planlaşdırıla bilər:
“Bizim üçün Azərbaycanla enerji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Yəqin ki, bilirsiniz, Azərbaycan Çexiya Respublikasına neftin ən böyük tədarükçüsüdür və bu, ölkə iqtisadiyyatı üçün mühüm rol oynayır. Ona görə də enerji baxımından bu strateji əhəmiyyətli sahədir. Biz əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsində maraqlıyıq”.
Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media