Altı ölkə Qrenlandiyaya qoşun göndərdi - III Dünya Müharibəsinin ANONSU

Fransa, Almaniya, İsveç və Norveç ABŞ-ın adaya iddiaları və ABŞ prezidenti Donald Trampın təhdidləri ilə bağlı artan gərginlik fonunda Qrenlandiyaya qoşun göndərməyə başlayıb.

Rəsmi Kopenhagen öz növbəsində əvvəllər Qrenlandiyadakı hərbi mövcudluğunun gücləndirildiyini, ölkənin silahlı qüvvələrinin bölmələrinin adaya yerləşdirildiyini və təlimlərin keçirildiyini elan edib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Qrenlandiyanı satın almaq üçün 700 milyard dollar xərcləyəcək?


Bundan əlavə, Qrenlandiyada keçirilən təlimlərdə Hollandiya və Kanadadan olan qoşunlar iştirak edir.

ABŞ-ın Qrenlandiya ilə bağlı ambisiyaları

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın Arktika bölgəsində təhlükəsizlik maraqlarını izləmək və qorumaq üçün birgə NATO missiyası yaratmaq niyyətində olduğunu bildirmişdi. Agentlik daha sonra təşəbbüsün "Arctic Guardian" adlandırıla biləcəyini və Baltik dənizindəki vacib infrastrukturu qorumaq üçün bir il əvvəl başladılan başqa bir ittifaq missiyası olan "Baltic Guardian" əsasında modelləşdiriləcəyini açıqlayıb.

Missiyanın məqsədi Vaşinqtonun Qrenlandiya ambisiyaları ilə bağlı ABŞ-la gərginliyi azaltmağa çalışmaqdır.

Adanın gələcəyi ilə bağlı narahatlıqlar Trampın ada üzərində nəzarətin qurulması zərurəti barədə son açıqlamalarından sonra daha da artıb. O, dəfələrlə Qrenlandiyanın mümkün satın alınması barədə danışıb və ABŞ-ın milli təhlükəsizliyi üçün vacib hesab edərək güc tətbiq etməyi düşünüb.

Tramp həmçinin Danimarkanın regionu yetərincə qorumadığını və xarici sualtı qayıqların fəaliyyətinə icazə verdiyini iddia edib. Lakin NATO diplomatları və Norveç xarici işlər naziri Espen Eide Trampın açıqlamalarını təkzib ediblər.

Bununla qane olmayan, ABŞ-ın Arktikadakı strateji maraqlarını qorumaq və Çin və Rusiyadan gələn artan təhdidlərə qarşı mübarizə aparmaq zərurətini əsas gətirərək, 12 yanvarda ABŞ Konqresində Qrenlandiyanın ilhaqını və ona dövlət statusu verilməsini təklif edən qanun layihəsi təqdim edilib.

Qrenlandiya hansı ölkəyə məxsusdur?

Qrenlandiya Danimarka Krallığı daxilində muxtar ərazidir. 1953-cü ilə qədər Qrenlandiya Danimarka müstəmləkəsi idi, sonra isə krallığın ayrılmaz hissəsinə çevrildi. 1979-cu ildə adada daxili idarəetmə rejimi, 2009-cu ildə isə geniş özünüidarəetmə hüququnu təsbit edən muxtariyyət rejimi qəbul edildi.

Xarici siyasət, müdafiə və vətəndaşlıq məsələləri Kopenhagenin yurisdiksiyasında qalır, lakin Qrenlandiya təbii sərvətlər, təhsil, səhiyyə və s. daxil olmaqla, daxili işlərinin əksəriyyətini idarə edir.


Qrenlandiya qanuni olaraq Danimarka krallığının bir hissəsidir, lakin öz müqəddəratını təyin etmək hüququna malik "muxtar ərazi" hesab olunur. Bu da o deməkdir ki, mümkün müstəqillik məsələsi yalnız Danimarka və ada sakinləri arasında qarşılıqlı razılaşma ilə rəsmi olaraq həll edilə bilər.

ABŞ-ın Qrenlandiyaya nə üçün ehtiyacı var?

Trampın Qrenlandiyanı əldə etmək istəyi üç əsas faktora əsaslanır. Hərbi strategiya, iqtisadi maraqlar və uzunmüddətli xarici siyasət doktrinası. Qrenlandiyanı ekspertlər obrazlı şəkildə Şimali Amerika sahillərində təbii, batmayan bir təyyarədaşıyan gəmiyə bənzədirlər. Ada NATO-nun Şimali Atlantika sualtı qayıq əleyhinə müdafiə xəttinin bir hissəsidir.

Güclü erkən xəbərdarlıq radarı olan Pituffik bazası adanın şimal-qərbində yerləşir. Baza həmçinin peyklər üçün əsas rabitə mərkəzidir və yeni Qızıl Günbəz raketdən müdafiə sistemi üçün vacibdir.
 

Bundan başqa iqlim dəyişikliyi və əriyən Arktika buzları nəhəng sərvətlərə çıxış imkanları açır. Adanın əhəmiyyətli dərəcədə nadir torpaq metalları, uran və dəmir ehtiyatlarına, eləcə də potensial neft və qaz yataqlarına malik olduğu təxmin edilir.


Gəmiçilik marşrutları üzərində nəzarət üçün də Qrenlandiya unikal imkanlara sahibdir. ABŞ, bir gün Asiyadan Avropaya ən qısa dəniz yolu ola biləcək Şimal-Qərb Keçidinin statusu ilə bağlı mübahisədə mövqeyini gücləndirməyə çalışır.

Donald Tramp həmçinin Qrenlandiyanın ABŞ, NATO və Qızıl Günbəz sisteminin tətbiqi üçün vacib olduğunu bildirib, Rusiya və Çindən gələn təhdidlər barədə xəbərdarlıq edib. Onun sözlərinə görə ABŞ milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiyanı idarə etməlidir:

“Qrenlandiya ilə bağlı belə bir addım atılmazsa, bunu Rusiya və ya Çin edəcək”.

Rusiya və Çin Qrenlandiyaya iddia edirmi?

Tramp dəfələrlə Qrenlandiya ətrafındakı suların "Rusiya və Çin gəmiləri və sualtı qayıqları ilə örtüldüyünü" iddia edib və bunu müdaxilənin əsas səbəbi kimi göstərib. Lakin bu iddialar bütün müstəqil mənbələr tərəfindən sistematik şəkildə təkzib olunur.
 

Həyatları dənizlə bağlı olan qrenlandiyalı balıqçılar və sahil yaşayış məntəqələrinin sakinləri yekdilliklə Rusiya və ya Çin hərbi gəmilərini görmədiklərini iddia edirlər. NATO kəşfiyyat hesabatları ilə tanış olan diplomatlar Trampın suların Rusiya və Çin gəmiləri ilə dolu olduğuna dair inancının doğru olmadığını təsdiqləyirlər.


Doğrudur, Rusiya və Çinin Arktika ilə bağlı müəyyən planları var. Lakin bu planlar Arktikanın digər ərazilərin üzərində cəmləşib. Təsadüfi deyil ki, Rusiya Arktika sahili boyunca infrastrukturu inkişaf etdirir və bazalarını modernləşdirir. Özünü "Arktikaya yaxın dövlət" elan edən Çinsə "Qütb İpək Yolu"na hələki elmi ekspedisiyalar üçün investisiya qoyur.

Lakin Qrenlandiya ətrafında baş verənlər Rusiya və Çin tərəfindən diqqətlə izlənir. Rusiya prezidenti Vladimir Putin bu günlərdə bəyan edib ki, ABŞ-ın Qrenlandiyaya hərbi müdaxiləsi III Dünya Müharibəsinə səbəb olacaq.

Bəs ABŞ Qrenlandiyanı necə geri ala bilər?

Bunun üçün üç yol var. Birinci yol Tramp administrasiyasının birbaşa ödəniş yolu ilə adanı əldə etməsidir.

İkinci ehtimal edilən ilhaqdır. Tramp və Ağ Ev dəfələrlə hərbi güc tətbiqini istisna etməyib. Lakin bu ssenari NATO müttəfiqinə hücum demək olardı ki, bu da transatlantik münasibətlərdə görünməmiş böhrana səbəb olar. Üstəlik, Avropa İttifaqı ilə iqtisadi münasibətlər pozular. Aİ isə hələ ki, Trampa lazımdır.
 

Məcburi müstəqillik və "azad birləşmə kompaktı" - ən çox ehtimal olunan üçüncü ssenaridir. Bu, isə siyasi təzyiq, iqtisadi vədlər və separatçı əhval-ruhiyyəni dəstəkləməklə reallaşa bilər. Yəni, ABŞ Qrenlandiyanı Danimarkadan ayrılmağa məcbur edə və yaxud həvəsləndirə bilər. Bu, həm də Trampa Avropa ilə münasibətlərə birbaşa ziyan vurmadan və "Qrenlandiya xalqının iradəsinə hörmət" iddiasına imkan verər.


Bəs Tramp bu variantlardan hansını seçəcək?

ABŞ-ın ənənəvi metodlarına baxsaq, Vaşinqton müharibədən qaçacaq. Danimarkaya siyasi-iqtisadi təzyiqlər də indiki məqamda faydasız görünür. Ən real variantsa “demokratiya dəyənəyi”dir. Yəqin ki, Tramp Qrenlandiyanın az saylı əhalisini ələ alacaq və sonda “xalqların öz müqqədaratını müstəqil həll etmək” prinsipinə arxalanaraq öz planını reallaşdıracaq.

Nəzərə alaq ki,  güclülər hər zaman haqlıdır və qaliblər heç zaman mühakimə olunmur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zərdabda odlu silah tapıldı – FOTO

Zərdabda odlu silah tapıldı – FOTO

Avtomobil təkərləri niyə qara olur? - Cavab sizi təəccübləndirəcək

Avtomobil təkərləri niyə qara olur? - Cavab sizi təəccübləndirəcək

"Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR"

"Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR"

Balıq ovu üçün kvota təsdiqləndi – QİYMƏTLƏR

Balıq ovu üçün kvota təsdiqləndi – QİYMƏTLƏR

“Biz ədalət istəyirik” – Xalqların haqq səsi Bakıdan ucalır – VİDEO

“Biz ədalət istəyirik” – Xalqların haqq səsi Bakıdan ucalır – VİDEO

Meteohəssas insanların NƏZƏRİNƏ!

Meteohəssas insanların NƏZƏRİNƏ!

Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

Azərbaycana qayıtmaq üçün Pezeşkianla olan bu FOTOLARI göstəribmiş

Azərbaycana qayıtmaq üçün Pezeşkianla olan bu FOTOLARI göstəribmiş

Elmira Axundovanın yaxın adamı məhkəmə zalında HƏBS OLUNDU - Səkkiz milyon manatlıq dələduzluq işi – FOTO

Elmira Axundovanın yaxın adamı məhkəmə zalında HƏBS OLUNDU - Səkkiz milyon manatlıq dələduzluq işi – FOTO

Qoca Səmədovun oğlu Yevlaxda adam GÜLLƏLƏDİ

Qoca Səmədovun oğlu Yevlaxda adam GÜLLƏLƏDİ

"Çox pul versələr də, saqqalımı kəsməyəcəm" - İş axtaranda nələri bilməliyik?

"Çox pul versələr də, saqqalımı kəsməyəcəm" - İş axtaranda nələri bilməliyik?

Tovuzda Körpələr evində İNSİDENT: Xəsarət alan var

Tovuzda Körpələr evində İNSİDENT: Xəsarət alan var

“Karvan-Yevlax” bu legionerdən İMTİNA ETDİ

“Karvan-Yevlax” bu legionerdən İMTİNA ETDİ

Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO

Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO

"Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm"

"Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm"

"Park Yasamal"da mənzillər daxili kredit və ipoteka ilə satışdadır - "Kristal!"

"Park Yasamal"da mənzillər daxili kredit və ipoteka ilə satışdadır - "Kristal!"

Karapetyan yenidən təcridxanaya QAYTARILIR

Karapetyan yenidən təcridxanaya QAYTARILIR

“Qarabağ” Xorvatiya klubuna QALİB GƏLDİ

“Qarabağ” Xorvatiya klubuna QALİB GƏLDİ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

"Uzak Şehir"in “Alya”sı görünüşü ilə diqqət çəkdi – FOTO

"Uzak Şehir"in “Alya”sı görünüşü ilə diqqət çəkdi – FOTO

Altı ölkə Qrenlandiyaya qoşun göndərdi - III Dünya Müharibəsinin ANONSU

Altı ölkə Qrenlandiyaya qoşun göndərdi - III Dünya Müharibəsinin ANONSU

Ən cəlbedici kişilər bu ölkələrdə yaşayır - Rusiyalı qadınlar arasında SORĞU

Ən cəlbedici kişilər bu ölkələrdə yaşayır - Rusiyalı qadınlar arasında SORĞU

End of content

No more pages to load

RADİO